Sizin də Türkiyədə eviniz olmasını istəyirsinizsə, Avalon Daşınmaz Əmlaka müraciət edin.

Türkiyənin məşhur kurort şəhərləri - Antalya, Bodrum, İzmir və Alanya (Gazipaşa Beynəlxalq Hava Limanı) şəhərlərinə uçuşlara başlayır.

Türkiyənin məşhur kurort şəhərləri - Antalya, Bodrum, İzmir və Alanya (Gazipaşa Beynəlxalq Hava Limanı) şəhərlərinə uçuşlara başlayır.   Bakı – “Azərbaycan Hava Yolları” (AZAL) Türkiyənin məşhur kurort şəhərləri - Antalya, Bodrum, İzmir More

Azərbaycanlılar 1 il ərzində Türkiyədə 645 mənzil alıb

Azərbaycanlılar 1 il ərzində Türkiyədə 645 mənzil alıb Oktyabr ayı ərzində azərbaycanlılar qonşu ölkədə 77 mənzil sahibi olub. 2015-ci ilin yanvar-oktya More

Türkiyədə mənzil alanlar udur

Türkiyədə mənzil alanlar udur Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB), Mənzil Qiymətləri İndeksi göstəricilərini açıqlayıb. Fins More

Azərbaycanlılar pulunu Türkiyədə ev bazarına yönəldir.

Azərbaycanlılar pulunu Türkiyədə ev bazarına yönəldir. Cari ilin sentyabr ayında Türkiyədə xaricilərə ev satışına görə Azərbaycan vətəndaşları ilk onluqda More

Türkiyədə ev alanlar vətəndaşlıq da əldə edəcəklər.

Türkiyədə ev alanlar vətəndaşlıq da əldə edəcəklər. Qardaş ölkədə daşınmaz əmlakın satışını stimullaşdırmaq üçün yeni prosesə start verilir/ Daşın More

Türkiyədə ən çox ev alan azərbaycanlılardır

Türkiyədə ən çox ev alan azərbaycanlılardır Türkiyədə ən çox ev alan azərbaycanlılardır . Qlobal maliyyə böhranının gətirdiyi fəsadları aradan More

Türkiyədə ev alan xaricilərə viza müjdəsi

Türkiyədə ev alan xaricilərə viza müjdəsi Türkiyədə ev alan xaricilərə viza müjdəsi Türkiyə höküməti ölkəsinə gələn xarici vətədaşların viza More

Azərbaycan vətəndaşları Türkiyədə necə mülk ala bilər?

Azərbaycan vətəndaşları Türkiyədə necə mülk ala bilər? Azərbaycan vətəndaşları Türkiyədə necə mülk ala bilər? Ötən il Türkiyə qanunlarına edilmiş dəyişik More

Türkiyədə daşınmaz əmlak

Türkiyədə daşınmaz əmlak Türkiyədə daşınmaz əmlak Nəyə görə məhz Türkiyədə daşınmaz əmlak? Türkiyə daşınmaz əmlaka invest More

Xaricdə daşınmaz əmlak: azərbaycanlılarn xəyalları gerçəkləşir

Xaricdə daşınmaz əmlak: azərbaycanlılarn xəyalları gerçəkləşir Xaricdə, özəlliklə Türkiyədə ev alan azərbaycanlıların sayı artır. Eyni dildən, eyni dindən olduğumu More

Azərbaycandan Türkiyəyə gedən köç

Azərbaycandan Türkiyəyə gedən köç Azərbaycandan Türkiyəyə gedən köç İstanbulda yeni salı More

Azərbaycandan Türkiyənin daşınmaz əmlak bazarına böyük pullar axır

Azərbaycandan Türkiyənin daşınmaz əmlak bazarına böyük pullar axır Azərbaycandan Türkiyənin daşınmaz əmlak bazarına böyük More

Antalyada daşınmaz əmlak

Antalyada daşınmaz əmlak Antalyada daşınmaz əmlak almaq istəyən azərbaycanlıların say More

Ölkə xaricində daşınmaz əmlaka sahib olmaq

Ölkə xaricində daşınmaz əmlaka sahib olmaq Ölkə xaricində daşınmaz əmlaka sahib olmaq – bu təkcə yü More

Xarici bazarlardan daşınmaz əmlak alan azərbaycanlıların sayı artır

Xarici bazarlardan daşınmaz əmlak alan azərbaycanlıların sayı artır Ölkənin daşınmaz əmlak bazarında hələ də müəy More

Azərbaycandan Türkiyəyə gedən köç

Azərbaycandan Türkiyəyə gedən köç İstanbulda yeni salınan şəhərcikdə ev alanların 90 faizi azə More

Yerli vətəndaşlar üçün maraq doğuran ölkələr içində Türkiyə ilk yerdədir.

Yerli vətəndaşlar üçün maraq doğuran ölkələr içində Türkiyə ilk yerdədir. Xarici daşınmaz əmlak bazari Qəfil baş verə biləcək maliyy More

Türkiyənin əmlak bazarı azərbaycanlıların üzünə açıldı

Türkiyənin əmlak bazarı azərbaycanlıların üzünə açıldı Azərbaycanlılar Türkiyədən daha çox daşınmaz əmlak alma More

325 azərbaycanlı Türkiyədə ev sahibi olub

325 azərbaycanlı Türkiyədə ev sahibi olub Azərbaycanlılar İstanbul, Antalya, Ankara və Muğlada daşınmaz  More
Hava durumu widget'?
yr.no

Avalon - Xəbərlər

Avalon Real Estate

325 azərbaycanlı Türkiyədə ev sahibi olub

news pic.
Azərbaycanlılar İstanbul, Antalya, Ankara və Muğlada daşınmaz əmlak almağa üstünlük verir Son 11 ayda 13138 xarici vətəndaş Türkiyədən daşınmaz əmlak alıb. Bunlardan 1609-u 18 may 2012-ci ildə qüvvəyə minən və 6 avqust 2012-ci il tarixində tətbiqinə başlanan yeni qanundan, daha doğrusu, Mülkiyyət Qanununun 35-ci maddəsinə edilən dəyişiklikdən sonra Türkiyədə ev sahibi olub. Keçən ilin avqustundan bəri Türkiyədə ev sahibi olan Azərbaycan vətəndaşlarının sayı isə 325-dir. Bunlardan 296-sı qat mülkiyyəti (yəni hazır bir binanın mərtəbəsi, mənzili, iş bürosu, mağaza, anbar, zirzəmi üzərində mülkiyyət), 29-u isə ana daşınmaz (bina, torpaq, tarla və s) sahibi olub. Bu məlumatlar “trtazerbaycan.com" saytına Türkiyənin Mülkiyyətin Kadastrı Baş İdarəsinin (Tapu Kadastro Genel Müdürlüğü) Xarici İşlər İdarəsindən verilib. AZƏRBAYCANLILAR BİR İL ƏVVƏLƏ QƏDƏR TÜRKİYƏDƏ DAŞINMAZ ƏMLAK ƏLDƏ EDƏ BİLMİRDİ Türkiyə parlamentinin Mülkiyyət Qanununa dəyişiklik etdiyi tarixə qədər azərbaycanlıların qardaş ölkədə daşınmaz əmlak əldə etməsi mümkün deyildi. Bu, zaman-zaman Azərbaycan mətbuatında Türkiyənin azərbaycanlılara qarşı ayrı-seçkiliyi kimi də dəyərləndirilirdi, ancaq əslində ayrı-seçkilik deyil, qanunlardan və iki ölkənin torpaq sistemi arasındakı fərqlərdən irəli gələn məhdudiyyətlər vardı. Belə ki, keçən ilə qədər Türkiyənin Mülkiyyət Qanunu xarici ölkələrin vətəndaşları qarşılıqlılıq prinsipi və qanunla müəyyənləşən məhdudiyyətlər çərçivəsində Türkiyədə daşınmaz əmlak əldə edə bilməsinə imkan verirdi. Bu maddədəki ən mühüm ifadə - “qarşılıqlılıq prinsipi" azərbaycanlıların Türkiyədə ev almasının qarşısındakı ən mühüm əngəl idi. Çünki qarşılıqlılıq prinsipinə görə, hər hansı xarici ölkənin vətəndaşının Türkiyədə ev sahibi ola bilməsi üçün Türkiyə vətəndaşlarının da həmin ölkədə daşınmaz əmlak ala bilmələri şərt idi. Məsələni qəlizləşdirən ən ciddi məqam isə bu idi ki, o dövrdə Türkiyə vətəndaşlarının Azərbaycandan ev almasına hər hansı məhdudiyyət yox idi. Azərbaycan tərəfi də buna istinad edərək Türkiyənin qarşılıqlılıq prinsipini düzgün şərh etmədiyini bildirirdi. Türkiyə tərəfi isə problemin qarşılıqlılıq prinsipindən deyil, iki ölkə arasındakı torpaq rejimlərinin fərqliliyindən qaynaqlandığını qeyd edirdi. Belə ki, Türkiyənin ərazi rejiminə görə, evi alan onun altındakı toprağın da sahibi olur. Yəni bir əcnəbiyə yüksək mərtəbəli bir binada ev satıldığı zaman onun altındakı torpaqdan da pay düşür. Azərbaycanda isə binadan söhbət gedirsə, o binadakı mənzillər vətəndaşa, onun altındakı torpaq dövlətə aiddir. Yəni mənzil alan o binanın altındakı toprağa hökm etmir. Binadan deyil, ərazidən söhbət gedincə isə, Azərbaycanda əcnəbilərə torpaq satılmır. Yəni Türkiyə vətəndaşları fiziki şəxs olaraq Azərbaycanda mənzil sahibi ola bilsələr də, topraq sahibi ola bilmirlər. Türkiyə də bunu əsas götürərək və qanundakı qarşılıqlılıq prinsipinə istinad edərək Azərbaycan da daxil olmaqla bir çox ölkələrin vətəndaşlarına daşınmaz əmlak satmırdı. Yalnız torpaq rejimi Türkiyə ilə eyni olan ABŞ, Avropa və bəzi ərəb ölkələrinin vətəndaşları bu ölkədə çox rahat şəkildə ev ala bilirdilər. Türkiyədə də uzun müddət müzakirə mövzusu olan problem nəhayət keçən il həllini tapıb. Mülkiyyət Qanununun 35-ci maddəsindəki “qarşılıqlılıq prinsipi" şərti çıxarılıb və beləliklə, azərbaycanlılar da daxil olmaqla bir çox ölkələrin vətəndaşları üçün Türkiyədə daşınmaz əmlak əldə etmək asanlaşıb. 121 ÖLKƏNİN VƏTƏNDAŞI ƏMLAK MƏHDUDİYYƏTİNİN ARADAN QALDIRILMASINDAN YARARLANIB Mülkiyyətin Kadastrı Baş İdarəsindən “TRT Azərbaycan"ın sorğusuna verilən cavaba görə, qanun dəyişikliyindən sonra 81 ölkənin vətəndaşları üçün Türkiyədə daşınmaz əmlak almağın yolu açılıb. Daha əvvəl yaşamaq üçün icazə alaraq və ya çox məhdud sayda daşınmaz əmlak əldə etmək haqqına sahib olan 40 ölkənin vətəndaşları üçün də bu şərtlər və məhdudiyyətlər ləğv edilib. Beləliklə, ümumilikdə bu qanun 121 ölkənin vətəndaşlarının işinə yarayıb. Yeni qanunun qəbul edilməsindən sonra Türkiyədə ən çox daşınmaz əmlak alan Almaniya vətəndaşlarıdır. Hazırda xarici vətəndaşlar Türkiyədə hər cür daşınmaz əmlak əldə edə bilirlər. Əcnəbi fiziki şəxslər satın aldıqları boş ərazidə həyata keçirəcəyi layihəni iki il içərisində Türkiyənin müvafiq rəsmi dairələrinə təqdim etməlidirlər. Qanunda xarici vətəndaşlara tətbiq edilən məhdudiyyətlər isə çox deyil. Xarici vətəndaş Türkiyədə ən çox 30 hektarlıq daşınmaz əmlak ala bilər. Xaricilərin hərbi baxımdan qadağan olunmuş bölgələrdə və təhlükəsizlik sahələrində daşınmaz əmlak əldə etməsi və kirayələməsi mümkün deyil. Xarici vətəndaşlar xüsusi mülkiyyətdə olan qəsəbələrin ərazisinin 10 faizi qədər daşınmaz əmlak ala bilər. Xarici vətəndaşların Türkiyədə daşınmaz əmlak alması üçün yaşayış icazəsinə ehtiyac yoxdur. Ancaq eyni zamanda Türkiyədə daşınmaz əmlak əldə etmək xarici vətəndaşa yaşayış üçün icazə haqqı vermir. AZƏRBAYCANLILAR TÜRKİYƏDƏ TİCARƏT, SİYASƏT VƏ TURİZM MƏRKƏZLƏRİNİ SEÇİR Son səkkiz ayda Türkiyədə daşınmaz əmlak alan azərbaycanlılar əsasən İstanbul, Antalya, Ankara və Muğlaya üstünlük veriblər. Azərbaycan vətəndaşları Türkiyənin ticarət paytaxtı İstanbulda 164, siyasi paytaxtı Ankarada 22, turizm mərkəzi Antalyada 65 və son dövrün inkişaf edən digər turizm bölgəsi Bodrumun bağlı olduğu Muğla vilayətində 17 daşınmaz əmlak alıblar. Geri qalan 57 Azərbaycan vətəndaşı isə Adana, Afyonkarahisar, Ağrı, Amasya, Aydın, Burdur, Bursa, Dənizli, Əskişəhər, İzmir, Kayseri, Kocaeli, Konya, Mersin, Ordu, Sakarya, Samsun və Trabzon vilayətlərində mülk sahibi olub. Qanunda dəyişiklik edilənə qədər isə Türkiyədə 45 Azərbaycan vətəndaşının daşınmaz əmlakı vardı. Bunlar Turqut Özal dövründə türk dövlətləri üçün qanundan qarşılıqlılıq prinsipinin çıxarılması sayəsində Türkiyədə mülkiyyət sahibi ola bilənlər idi. Daha sonra qanun dəyişdirilincə bu vətəndaşların haqlarına da toxunulmamışdı.

Türkiyənin əmlak bazarı azərbaycanlıların üzünə açıldı

news pic.
Azərbaycanlılar Türkiyədən daha çox daşınmaz əmlak almağa başlayır Ölkənin daşınmaz əmlak bazarında qiymətlərin kifayət qədər yüksək olması haqda dəfələrlə məsələ qaldırılıb və bu sahədə özünü göstərən problem indi də aktuallığını qorumaqdadır. Yaranmış vəziyyətin real nəticələrindən biri isə ölkə vətəndaşlarının xaricdə daşınmaz əmlak alışını stimullaşdırması ilə bağlıdır. Araşdırmalar göstərir ki, azərbaycanlılar son illərdə xaricdə daha çox daşınmaz əmlak almağa başlayır və bu sırada ilk olaraq qardaş Türkiyə gəlir. Artıq bu hal türk şirkətlərinin də məsələyə daha çox diqqət yetirməsi ilə sonuclanmaqdadır. Caspiandom şirkəti xarici ölkələrdə yerli vətəndaşların Türkiyədə daşınmaz əmlak alma prosesini sadələşdirmək üçün artıq Azərbaycanda ofis açıb. Qeyd edək ki, Türkiyənin əcnəbilərə daşınmaz əmlak satışına qoyulmuş məhdudiyyətin götürülməsilə təqribən 20 milyard dollar gəlir götürəcəyi gözlənir. Bu fonda azərbaycanlıların Türkiyədə daha çox daşınmaz əmlak alacağı proqnozlaşdırılır. Azərbaycanlıların, daha çox, İstanbulda daşınmaz əmlak aldığı da məlumdur. Türkiyədə belə daşınmaz əmlak alışına sövq edən əsas səbəb isə kommersiya maraqlarıdır. Belə ki, burada alınan daşınmaz əmlakın icarəyə verilməsi gəlirli biznes sayılır. Onu da bildirək ki, Türkiyədə daşınmaz əmlak ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə ucuzlaşıb. Xaricdə daşınmaz əmlakın ucuzlaşmasına valyutaların məzənnələrindəki dəyişikliklər də təsir göstərib. Avro ilə manatın təxminən eyni həddə olması isə azərbaycanlı alıcılar üçün yaxşı imkan yaradıb. Ölkəmizdə isə aparılan araşdırmalar həm də onu göstərir ki, mənzil bazarında müəyyən ucuzlaşmaya baxmayaraq, hələ də burada əvvəlki fəallıq yoxdur. İstər ilkin, istərsə də təkrar mənzil bazarında bağlanan əqdlərin dinamikasında hələ də azalma qeydə alınmaqdadır. Məhz belə vəziyyətdə, ölkədən fərqli olaraq, xaricdə əmlak almaq istəyən azərbaycanlıların sayı xeyli artıb. Onu da qeyd edək ki, qiymətlərin aşağı düşməsilə yanaşı, bəzi ölkələrin alıcıları cəlb eləmək üçün burdan ev alanlara müxtəlif güzəştlər etməsi də bu məsələdə az rol oynamayıb. Ekspertlərin fikrincə, alıcılar həm xaricdəki ucuzluqdan istifadə edir, həm də dünyadakı böhran şəraitində pullarını etibarlı saxlamaq istəyirlər. Nəticədə xaricdə ev və ya başqa əmlak almaq istəyənlərin sayı xeyli artıb. İndi xaricdə ev almaq istəyən azərbaycanlılar qiyməti 50 min avroya qədər olan obyektlərə üstünlük verir. Belə evlər ən çox Türkiyə və Şərqi Avropa ölkələrindədir. Hələlik isə dünyadakı maliyyə böhranının davam etməsi, vəsait qıtlığı və bundan sonra proseslərin necə olacağı barədə qeyri-müəyyənlik nəticəsində xaricdə daşınmaz əmlak ucuzlaşmaqda davam edir. Qeyd edildiyi kimi, ucuzlaşma cüzi olsa da, əslində Azərbaycanda da yaşanır. Lakin mənzillərin indiki satış qiyməti onların maya dəyərindən hələ də xeyli yüksəkdir. Bu səbəbdən hazırda daşınmaz əmlak sferasında durğunluq davam edir. Aparılan araşdırmalar onu da göstərir ki, Azərbaycanın mənzil bazarında olan təklif real tələbdən əslində bir neçə dəfə aşağıdır. Yəni ölkədə insanların mənzilə olan tələbatının ödənilməsi üçün bazara indikindən bir neçə dəfə çox mənzil çıxarılmalıdır. Lakin o da faktdır ki, indinin özündə bazara çıxarılan mənzillərin lazımi qədər müştərisi yoxdur. Yəni mənzilə ehtiyacı olanların heç də hamısı bu ehtiyacını ödəmək iqtidarında deyil. Buna görə də bazarda tələb və təklif arasında fərq, mənzillərə böyük ehtiyacın olmasına rəğmən, ikincinin lehinə dəyişməkdədir. Ekspertlər bildirir ki bunun əsas səbəblərindən biri hələ də Azərbaycanda mənzillərin qiymətinin baha olmasıdır. Qeyd edildiyi kimi, dünya ölkələrində mənzillərin qiyməti ucuzlaşmaqda davam etsə də, Azərbaycanda indi bu o qədər də gözə çarpmır. Ekspertlərin sözlərinə görə, daşınmaz əmlak bazarında durğunluğun nə vaxta qədər davam edəcəyini indidən söyləmək çətindir. Çünki bu sahədə böhran hələ də davam edir. Lakin yekdil fikir belədir ki daşınmaz əmlak bazarında ilin sonuna kimi durğunluq davam edəcək. Yuxarıda qeyd edildiyi kimi isə, bütün bunlar fonunda bu gün azərbaycanlılar xaricdə həm obyekt, həm də ev almağa üstünlük verir və son aylarda belə insanların sayında əhəmiyyətli artım var.

Yerli vətəndaşlar üçün maraq doğuran ölkələr içində Türkiyə ilk yerdədir.

news pic.
Xarici daşınmaz əmlak bazari Qəfil baş verə biləcək maliyyə böhranlarından qorunmanın ən yaxşı yollarından biri də kapitalın daşınmaz əmlaka yönəldilməsidir. Amma son illər bütün dünyada genişlənən tendensiya təkcə bu amilə xidmət edilmədiyini təsdiqləyir. Bu gün yalnız öz ölkəsində deyil, xarici ölkələrdə mal-mülkə sahiblik etmək artan maliyyə imkanlarının göstəricisi olmaqla, mülkiyyət sahiblərinin nüfuzundan da xəbər verir. “Nüfuz sahibləri” isə heç də bütün ölkələrdə daşınmaz əmlak alınmasında maraqlı deyillər. Məsələn, Rusiyanın daşınmaz əmlak agentliklərinin birgə araşdırmaları göstərir ki, investisiya məqsədli yatırımların yönəldiyi ölkələr sırasında hazırda Xorvatiya, Çernoqoriya, İspaniya, Bolqarıstan, İtaliya, Fransa kimi Avropa ölkələri üstünlük təşkil edir. Əcnəbilər üçün 1110 əmlak Bu günün təhlilləri Azərbaycanın daşınmaz əmlak bazarının da xarici vətəndaşlar üçün maraqlı olduğunu deməyə əsas verir. Belə ki, “Daşınmaz Əmlak” jurnalının araşdırmaları xarici ölkə vətəndaşlarının Azərbaycanda ən çox mənzil və fərdi yaşayış evləri almağa üstünlük verdiyini göstərir: “Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən məlumata görə, 2010-cu ildə xarici vətəndaşlar Azərbaycanda 1110 əmlaka sahib olublar. Bunun 90 faizdən çoxu mənzil və fərdi evlərdir. Ötən il xaricilər Azərbaycanda 833 mənzil və 183 fərdi ev alıblar”. Mənzil və evlərdən sonra əcnəbilərin ən çox maraqlandığı əmlak torpaq və qeyri-yaşayış sahələridir. Ötən il xarici vətəndaşlar ölkə üzrə 55 torpaq sahəsinin sahibinə çevriliblər. Qeyri-yaşayış sahələrindən isə 27-si xaricilər tərəfindən alınıb. Bundan başqa, xarici ölkə təmsilçiləri 2010-da Azərbaycandan 5 bağ evi, 5 qeyri-yaşayış binası və 2 əmlak kompleksi kimi müəssisə alıblar: “Reyestr Xidmətinin məlumatından məlum olur ki, xaricilər ən çox Bakıdakı əmlaka maraq göstərirlər. Əcnəbilərin sahib olduğu əmlakın böyük hissəsi – təqribən 70 faizi paytaxtda qeydə alınıb”. Belə ki, ötən il xarici vətəndaşlar Bakıda 765 əmlaka sahib olublar. Bakıdan sonra xaricilərin maraq göstərdiyi ikinci şəhər Sumqayıtdır. 2010-cu ildə Sumqayıtda əcnəbilər tərəfindən 68 daşınmaz əmlak alınıb. Xaricilərin 50-dən çox əmlak aldığı Gəncə və Xaçmaz ərazi idarələri ilə yanaşı, əcnəbilərin Cəlilabad və Yevlax bölgələrinə də marağı böyük olub: “Cəlilabad və Yevlax ərazi idarələrində xaricilər 30-32 əmlaka sahib olublar”. Alınan əmlak hansı məqsədlərə xidmət edir? “Daşınmaz Əmlak”ın araşdırmaları bölgələrdən asılı olaraq xaricilərin sahib olduğu əmlakın növünün dəyişdiyini də təsdiqləyir. Belə ki, daha çox mənzil satılan Bakı, Sumqayıt və Gəncədən fərqli olaraq, xaricilər Cəlilabadda torpaq sahələri, Xaçmaz, Zaqatala və Tovuzla isə fərdi evlərə üstünlük verirlər. Yalnız Lənkəranda xaricilərin iştirakı ilə heç bir qeydiyyat aparılmayıb: “Azərbaycanın daşınmaz əmlak bazarına dünyanın əksər ölkələrinin vətəndaşları maraq göstərir. Daşınmaz əmlak bazarının iştirakçıları bildirir ki, bura xüsusən İngiltərə, Pakistan,Türkiyə, İspaniya, Dubay, Almaniya, Yaponiya və Koreyadan gələnlər aiddir. Əmlak agentlərinin sözlərinə görə, Bakıda əmlak əldə edən xaricilərin əksəriyyəti bunu yaşamaq və ya işləmək üçün alırlar”. Bununla yanaşı, əmlakı kirayə vermək, satmaq, ofis kimi istifadə etmək üçün, yəni biznes və kommersiya məqsədi ilə alanlar da var: “Bakıda maliyyə imkanları yaxşı olan xaricilər əsasən şəhərin mərkəzinə - Malakan bağı, 5 mərtəbə, Fəvvarələr meydanı, “Həyat Regency” oteli, bulvar, “Torqovı” küçəsi, ABŞ səfirliyinin ətrafında olan ərazilərə maraq göstərirlər. Bəziləri isə “Nərimanov” və “Gənclik” metro stansiyası ətrafındakı villalara, Badamdar və Mərdəkana üz tutur. Azərbaycanın görməli yerlərində – xüsusilə şimal bölgəsində villa alarlar da var. Belələri həmin evlərə yalnız yay aylarında dincəlmək üçün gəlir”. Xaricilər Azərbaycanda almaq istədikləri daşınmaz əmlakı isə öz menecerləri vasitəsilə axtarırlar: “Əgər bu, səfirlikdirsə, orda bu işlə məşğul olan əməkdaşlar var. Bəziləri isə əmlak tapmaq üçün yerli rieltor firmalarının köməyindən istifadə edirlər. Belə hallarda onların firmanın müştərisi olması dərhal rəsmiləşdirilir – bu barədə müqavilə bağlanır”. Gəliri kimi riski də böyük bazar Daşınmaz əmlak bazarını araşdıran ekspertlər isə yerli vətəndaşların da xarici ölkələrə marağının artdığını deyir: “Son 10 ildə Azərbaycan vətəndaşları xaricdə daşınmaz əmlak, xüsusən də yaşayış təyinatlı daşınmaz əmlak almağa daha meyillidirlər. Bu meyillik özünü 2005-2007-ci illərdə daha qabarıq göstərib”. Ekspert 2009-cu ildən etibarən bu tendensiyanın nisbətən zəiflədiyini bildirir: “Azərbaycan vətəndaşları tərəfindən daşınmaz əmlak hazırda Dubayda, İngiltərədə, Avropanın müxtəlif ölkələrində, o cümlədən Türkiyədə alınır. Respublikamızda isə daşınmaz əmlak alan xarici vətəndaşlar arasında ilk yeri İran vətəndaşları tutur. Daha sonra bu payda xüsusi çəkisi olanlar Türkiyə, qismən də Rusiya vətəndaşı olan azərbaycanlılardır”. Amma daşınmaz əmlaka yatırılan investisiya perspektivdə nə qədər yüksək gəlir vəd edirsə, bir o qədər də risk ehtimalını artırır. Ekspertlər də xaricdə daşınmaz əmlak risklərinin mövcudluğunu istisna etmir: “Məsələn, Azərbaycana qarşı istənilən vaxtda, istənilən halda qanuni məhdudiyyətlər tətbiq edə bilərlər. Bu risklərə baxmayaraq, ilk illər daşınmaz əmlak yaşayış təyinatı üçün alınırdısa, son 3-4 ildə vaxtilə daşınmaz əmlaka meyil edən imkanlı şəxslər onunla yanaşı, daşınar əmlaka da böyük maraq göstərirlər. Xüsusən də bu maraq gəmilərin alınmasında özünü göstərir. Qara dəniz və digər dənizlərdə sahibi azərbaycanlılar olan xeyli gəmiyə rast gəlmək mümkündür. Hətta deyərdim ki, bərəsi olanlar da var”. Daşınar və daşınmaz əmlaka pul yatıranlar arasında varlı, qismən isə orta təbəqənin olduğunu deyir: ”Orta təbəqə dedikdə, xaricdə müəyyən müddətə iş ardınca gedən insanların aldığı əmlaklar nəzərdə tutulur. Tutaq ki, Dubayda 1 illik işi və ya Türkiyədə, Rusiyada xırda biznesi olanlar olduqları ölkədə də ev alırlar. Amma təbii ki Avropa ölkələrində əsasən varlı və daha imkanlı azərbaycanlı şəxslər daşınmaz əmlaka sahib olurlar”. “Avropa uyğundur, amma hamı üçün əlçatan deyil” Daşınmaz əmlak bazarı üzrə daha bir ekspert də ölkə vətəndaşlarının xaricdə mülk alınmasına marağının artdığını təsdiqləyir. Sabir Əliyevin sözlərinə görə, yerli vətəndaşlar üçün maraq doğuran ölkələr içində Türkiyə ilk yerdədir. Bu ölkənin daşınmaz əmlak bazarını azərbaycanlılar üçün cəlbedici edən isə onun artan turizm potensialıdır: ” Antalya, Kəmər, Bələk, Alaniya və ümumilikdə Aralıq dənizinin ətrafında təxminən 30 min dollar dəyərində ev almaq mümkündür. Burada qiymətlər Egey zonasına nisbətən ucuzdur. Antalya ətrafında kurort mövsümünün Bodrumdan daha uzun çəkdiyinə baxmayaraq, Antalyada evlərin qiyməti daha münasibdir. Səbəb isə iqlim fərqidir. Bodrumun iqlimi Antalyadan qurudur. Ürək-damar sistemində problemi olanlar üçün Antalya sərfəli deyil. 25-30 min avroya Antalyada kurort zonasında hər cür şəraiti olan ikiotaqlı ev almaq olar. Bodrumda isə həmin kateqoriyalı evin minimal qiymətləri 40-50 min avrodan başlayır”. Ekspert daha sonra Almaniya, Böyük Britaniya, Avstriya kimi Avropa ölkələrinin daha çox diqqət çəkdiyini deyir. Amma bu ölkələrdə evlərin qiyməti hamı üçün əlçatan deyil: “Maliyyə böhranının təsirləri nəticəsində sözügedən ölkələrdə qiymətlər kəskin dərəcədə düşmüşdü. Hazırda da qiymətlərdəki enmələr qalmaqdadır”. S.Əliyev valyuta kurslarının da burada mühüm rol oynadığını deyir. Belə ki, avro ilə manatın təxminən eyni həddə olması azərbaycanlı alıcılar üçün yaxşı imkan yaradır: “Hazırda ev almaq üçün Almaniya sərfəlidir. Burada istənilən şəxs hətta Berlinin özündə 12-14 min avro dəyərində ev ala bilər. Ən bahalı evlər isə Münhendədir. Qiymətlər əsasən 40 min avrodan yuxarıdır. Amma burada da evlərin qiyməti ərazidən asılı olaraq dəyişir”. Ekspert Avropada daşınmaz əmlaka artan marağı həmin ölkələrdə otellərin bahalığı ilə də izah edir. Buna görə də daha sərfəli varianta üstünlük verən şəxslər hər gedişdə otelə pul xərcləməkdənsə, həmin ölkədə əmlak almağı daha uyğun hesab edir: “Avropada ipoteka ilə ev satışı da geniş yayılıb. Burada ipoteka kreditləri 3-4 faizlə 25-30 ilə verilir. Amma burada da müəyyən şərtlər var. Şərtlər yaş həddi, iş qabiliyyəti ilə bağlı zəmanətdir. Avropada evlərin 60-70 faizi ipoteka ilə satılır. Azərbaycan vətəndaşları da istənilən Avropa ölkəsində ipoteka krediti ilə ev ala bilər. Məsələn, vətəndaş 100 min avro dəyərində bir obyekt seçirsə, əvvəlcə həmin obyektin 30 min avrosunu ödəyir. Qalan məbləği isə ipoteka krediti ilə 25-30 ilə verir. İpoteka kreditləri 3-4 faizdən çox olmadığından vətəndaş ayda 350 avro ödəyir. Bu məbləğ Avropa ölkələrindəki əməkhaqqının cüzi hissəsini təşkil edir”. İstənilən şəxsin Avropa ölkələrində ev almaq hüququna malik olduğunu deyən ekspertin sözlərinə görə, bu hüquq daşınmaz əmlakın bütün növlərinə aid edilmir: “Çünki Avropa ölkələrinin bəzilərində torpaq almağa qadağa var. Bunlar isə Bolqarıstan, Slovakiyadır”. Tikilməkdə olan obyektlərin təhlükəsi Amma daşınmaz əmlak almaq niyyətində olanlar ilk növbədə həmin bazarın xüsusiyyətləri ilə yaxından tanış olmalıdırlar. S.Əliyev də xaricdə alınan daşınmaz əmlak üçün mümkün risklərin olduğunu deyir. Ekspertin tövsiyələrinə gəlincə, xarici ölkələrdə daşınmaz əmlak alarkən hazır tikilmiş evləri almaq daha sərfəli hesab edilir: “Tikilməkdə olan obyektləri almaq təhlükəlidir. Məsələn, Dubayda tikilməkdə olan evləri alan vətəndaşlarımız problemlər yaşadı. Tikinti başa çatdırılmadığından vətəndaşlar evlərini ala bilmədilər. Türkiyədə isə belə problem yoxdur. Onların bu baxımdan çox sərfəli təcrübəsi var”. Alıcıları bazarlardan çəkindirən başqa amil aldanma və ya təsadüfi saziş qorxusudur. Ekspertlər belə itkiləri istisna etməsələr də, daşınmaz əmlak agentliklərinin də öz etibarlarının düşməməsinin qayğısına qaldığını bildirirlər. Bundan başqa, dövlətlər də bu alqı-satqı sazişləri prosesini izləyirlər. Əksər Avropa ölkələrində müqavilə mütləq lisenziyalaşdırılmış notariusun yanında qeydə alınır və dövlət qeydiyyatına daxil edilir. Bundan başqa, aldanma ehtimalını hər iki tərəfdən vəkillərin iştirakı da minimuma endirir.

Azərbaycandan Türkiyəyə gedən köç

news pic.
İstanbulda yeni salınan şəhərcikdə ev alanların 90 faizi azərbaycanlılardır Türkiyə mətbuatının yazdığına görə, son bir ildə bu ölkədə daşınmaz əmlak alanlar arasında azərbaycanlılar üstünlük təşkil edir. Hətta arışdırmalar göstərir ki, İstanbulda yeni salınan şəhərcikdə ev alanların 90 faizi azərbaycanlılardır. Xatırladaq ki, son 8 ayda Türkiyədə daşınmaz əmlak alan soydaşlarımız əsasən İstanbul, Antalya, Ankara və Muğlaya üstünlük veriblər. Azərbaycan vətəndaşları Türkiyənin ticarət paytaxtı İstanbulda 164, siyasi paytaxtı Ankarada 22, turizm mərkəzi Antalyada 65 və son dövrün inkişaf edən digər turizm bölgəsi Bodrumun bağlı olduğu Muğla vilayətində 17 daşınmaz əmlak alıblar. Digər 57 Azərbaycan vətəndaşı isə Adana, Afyonkarahisar, Ağrı, Amasya, Aydın, Burdur, Bursa, Dənizli, Əskişəhər, İzmir, Kayseri, Kocaeli, Konya, Mersin, Ordu, Sakarya, Samsun və Trabzon vilayətlərində mülk sahibi olub. Onu da deyək ki, hazırda xarici vətəndaşlar Türkiyədə hər cür daşınmaz əmlak əldə edə bilirlər. Əcnəbi fiziki şəxslər satın aldıqları boş ərazidə həyata keçirəcəyi layihəni iki il içərisində Türkiyənin müvafiq rəsmi dairələrinə təqdim etməlidirlər. Bu ölkənin qanunvericiliyinə əsasən, xarici vətəndaş Türkiyədə ən çox 30 hektarlıq daşınmaz əmlak ala bilər. Xaricilərin hərbi baxımdan qadağan olunmuş bölgələrdə və təhlükəsizlik sahələrində daşınmaz əmlak əldə etməsi və kirayələməsi mümkün deyil. Xarici vətəndaşlar xüsusi mülkiyyətdə olan qəsəbələrin ərazisinin 10 faizi qədər daşınmaz əmlak ala bilər. Xarici vətəndaşların Türkiyədə daşınmaz əmlak alması üçün yaşayış icazəsinə ehtiyac yoxdur. Bəs, görəsən, Azərbaycan vətəndaşlarının Türkiyənin əmlak bazarına marağının artmasına səbəb nədir? Soydaşlarımızın xarici ölkədə daşınmaz əmlaka yatırdığı investisiya gələcəkdə Azərbaycan iqtisadiyyatının tənəzzülünə gətirib çıxara bilərmi? «MBA» Qiymətləndirmə və Konsaltinq Şirkətinin baş direktoru Nüsrət İbrahimov hesab edir ki, son illər təkcə azərbaycanlıların deyil, digər ölkə vətəndaşlarının da Türkiyənin daşınmaz əmlak bazarına marağı artıb. Nüsrət İbrahimov «Həftə içi”nə açıqlamasında deyib ki, bunun ən başlıca səbəbi sözügedən ölkədə əlverişli investisiya mühitinin olması və Türkiyə hökumətinin daşınmaz əmlak əldə etmək istəyən əcnəbilər üçün müəyyən güzəştlər nəzərdə tutmasıdır. Onun sözlərinə görə, son 10 ildə Azərbaycan vətəndaşları xaricdə daşınmaz əmlak, xüsusən də yaşayış təyinatlı daşınmaz əmlak almağa daha meyillidirlər: “Burada iki cür variant var. Bir qismi Azərbaycanda yaşayaraq xarici ölkədə əmlak alanlar, digərləri xaricdə yaşayıb orada daşınmaz mülk almaq istəyənlərdir. Azərbaycanda yaşayanlar Türkiyəyə üstünlük verirlər. Onlar arasında bu ölkədə biznes fəaliyyəti ilə məşğul olanlarla yanaşı, övladları Türkiyədə təhsil alanlar da var. Bundan başqa bəzi həmvətənlərimiz Türkiyənin kurort şəhərlərində daşınmaz əmlak almağa üstünlük verirlər ki, bunun da səbəbi bəllidir. Azərbaycandan kənarda yaşayanlar isə daha çox Rusiyada əmlaka yatırım qoyurlar. Bundan başqa Dubay, İngiltərə, Avropanın müxtəlif ölkələri də diqqət mərkəzindədir. Daha imkanlı adamlar Avropa ölkələrinə üstünlük verirlər». Xaricdə daşınmaz əmlak bazarına yatırımlar sürətlə davam edərsə… Nüsrət İbharimov xüsusilə Türkiyənin İstanbul şəhərinin azərbaycanlılar üçün cəlbedici olmasının səbəblərinə toxunaraq deyib ki, bu məsələdə həm şəhərin gözəlliyi, həm də ticari baxımından inkişaf etməsi əsas rol oynayıb: «Türkiyə eyni zamanda, dil, din, mədəniyyət baxımından da bizə yaxın ölkədir. Yəni, birinci növbədə dil problemi yoxdur. Bundan başqa azərbaycanıların orada işləməsinə, yaşamasına münasibət nisbətən yaxşıdır. Həmçinin qiymətlər çox münasibdir. Ən başlıcası isə istirahət üçün ən münasib yerdir». Hər il Azərbaycan vətəndaşlarının xaricdə daşınmaz əmlak bazarına milyonlarla manat vəsait yatırmasının gələcəkdə ölkə iqtisadiyyatına mənfi təsir göstərib-göstərməyəcəyinə gəlincə, ekspert bildirib ki, prosesin sürətlənməsi müəyyən problemlər yarada bilər: «Düzdür, bununla bağlı hökumət hələlik ciddi tədbir görmür. Məsələn, ölkə qanunvericiliyinə görə, Azərbaycandan yalnız 10 min manat vəsaitin çıxarılmasına icazə verilir. Halbuki ölkədən küllü miqdarda vəsaitin çıxarılması üçün kifayət qədər imkanlar mövcuddur. Yəqin ki, bu gün Azərbaycana neft sənayesindən yüksək məbləğdə gəlir daxil olduğundan məsələ hökuməti narahat etmir. Amma gələcəkdə neftdən daxil olan gəlirlərin azalması fonunda ölkədən investisiya məqsədilə küllü miqdarda vəsaitin çıxarılması iqtisadiyyatda problem yaradacaq. Çünki proses sürətlə davam edərsə, ölkədən çıxan və ölkəyə daxil olan vəsaitlər arasında balans pozulacaq ki, bu da istər-istəməz iqtisadiyyatın tənəzzülünə gətirib çıxaracaq». Əlverişli qiymətlər alıcılıq qabiliyyətini artırıb «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinin rəhbəri Ramil Osmanov isə məsələyə münasibət açıqlayarkən deyib ki, bununla bağlı narahatçılığa əsas görmür. Onun fikrincə, hazırda Azərbaycan vətəndaşları xarici ölkələrdə daşınmaz əmlak bazarına insvestisiya yatırsalar da, bu elə də geniş deyil: «Əslində azərbaycanların xaricdə daşınmaz əmlak bazarına investisiya qoyduğu kimi əcnəbilər də müəyyən mənada bizim bazarla maraqlanırlar. Yəni, hələlik ölkəyə daxil olan vəsaitlərlə ölkədən çıxarılan vəsaitlər arasında təbii balans prinsipləri qorunduğundan ciddi təhlükə yoxdur». Azərbaycanlıların xüsusilə Türkiyənin daşınmaz əmlak bazarına maraq göstərməsinin səbəblərinə gəlincə, ekspert bu məsələni qonşu ölkədə mənzillərin daha əlverişli qiymətlərlə təklif olunması ilə izah edir. Onun sözlərinə görə, Azərbaycanla müqayisədə sözügedən ölkənin əmlak bazarında qiymətlərin ucuz olması alıcıları həmin istiqamətə yönləndirir: «Burada əsas məsələ bazarın ucuz olmasıdır. Çünki bizim ölkəmizlə müqayisədə Türkiyədə daşınmaz əmlak olduqca ucuzdur. Ona görə də, bir qədər imkanı olan azərbaycanlılar daşınmaz əmlaka investiya qoymaq istəklərini məhz Türkiyədə reallaşdırırlar». Sevinc

Xarici bazarlardan daşınmaz əmlak alan azərbaycanlıların sayı artır

news pic.
Ölkənin daşınmaz əmlak bazarında hələ də müəyyən bir süstlüyün hökm sürdüyü danılmaz həqiqətdir. AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, araşdırmalar göstərir ki, əvvəlki illərlə müqayisədə indi sözügedən bazardan mənzil alanların sayı nəzərəçarpacaq dərəcədə azalıb. Lakin maraqlı hal ondan ibarətdir ki, son illərdə xaricdən daşınmaz əmlak alan azərbaycanlıların sayı artır. Özü də xaricdən daşınmaz əmlak alınmasına heç də az vəsait sərf olunmur. Məsələn, təkcə ötən il bu məqsədlə təxminən yarım milyard dollar sərf olunub. Cari ildə isə bu rəqəmin daha böyük olması gözlənir. Çünki indi xaricdə daşınmaz əmlak alınması daha da asanlaşıb və sözügedən əmlak ucuzlaşıb. Elə bu səbəbdən də yerli əhalinin xarici ölkələrdə daşınmaz əmlak almağa marağı artıb. Daha çox Türkiyə, Fransa, Ukrayna kimi ölkələrə meyl olunur. Xatırladaq ki, Türkiyədə xaricilərin əmlak almasına icazə veriləndən sonra Türkiyədə əmlak alanlar arasında Azərbaycan vətəndaşları liderlik edir. Azərbaycanlılar ən çox Türkiyənin İstanbul,Antalya və Bodrum şəhərlərində əmlak alır. Qiymətindən və növündən asılı olaraq alınan əmlaklar fərqlidir. İkinci yeri isə Rusiya vətəndaşları tutur. Onu da qeyd edək ki, Türkiyə coğrafi baxımdan olduqca əlverişli mövqedə – Avropa və Asiyanın qovşağında yerləşir. Bundan əlavə, Türkiyə əla kurort ölkəsidir. Türkiyədə ipoteka ilə mənzillərin qiyməti 25-30 min avroya bərabərdir. Söhbət 2-3 otaqlı, çimərlik sahillərindən çox da uzaqda yerləşməyən gözəl apartamentlərdən gedir. Düzdür, ilkin ödənişin bir az çox – 30-40% olması ev almaq istəyənləri qorxuda bilər. Amma illik faiz dərəcələrinin 8-9% olması hər şeyi kompensasiya edir. Türkiyədə kredit şərtlərinə gəlincə, ipoteka üçün gəliri təsdiq edən sənəd, pasportun tərcüməsi və notarial qaydada təsdiq olunmuş surəti, həmçinin əmək kitabçasının bir nüsxəsi tələb olunur. Azərbaycandakı kimi, Türkiyədə də banklar heç bir səbəb göstərmədən kredit verməkdən imtina edə bilər. Lakin istənilən halda görünür ki, hazırda azərbaycanlılar Türkiyədə, daha çox isə İstanbulda daşınmaz əmlak almağa maraq göstərir. Soydaşlarımızı Türkiyədə daşınmaz əmlak alışına sövq edən əsas səbəblərdən biri isə kommersiya maraqlarıdır. Çünki Türkiyədə əmlakın icarəyə verilməsi gəlirli biznes sayılır. İtaliya, Fransa, İspaniya kimi ölkələrlə müqayisədə burada icarə biznesinin gəlirlilik səviyyəsinin daha yüksək olduğu bildirilir. Ekspertlərin fikrincə, ölkə vətəndaşlarının qonşu Türkiyəyə daşınmaz əmlak üçün üz tutmasının əsas səbəblərindən biri onun daha yaxın olması və bu ölkədə, Azərbaycan da daxil olmaqla, bir neçə dövlətə qarşı qoyulmuş qadağanın aradan qaldırılmasıdır.

Ölkə xaricində daşınmaz əmlaka sahib olmaq

news pic.
Ölkə xaricində daşınmaz əmlaka sahib olmaq – bu təkcə yüksək yaşayış səviyyəsi və var-dövlət əlaməti deyil, həm də fantastik miqdarda, sanballı, bəzən də qeyri qanuni gəlirlərin olmasının göstəricisidir. Bir zamanlar özünə geniş təsdiq tapmış bu stereotip bu günə qədər xalqımızın beynində oturmaqdadır. Amma müasir gerçəklik bizə tamamı ilə başqa bir şey deyir. Əlbəttə xaricdə, xüsusən də hər hansı bir inkişaf etmiş Avropa ölkəsində daşınmaz əmlaka sahib olmaq ilk növbədə yaxşı maddi vəsaitlərin olmasının sübutudur, amma söhbət heç də fövqəladə gəlirlərdən getmir. Fövqəladə gəlirləri əlbəttə ki, Bakıdakı villa və ya alman istehsalı olan yolsuzluq avtomobili göstərə bilər. Əslində hər hansı bir rahat Avropa İttifaqı ölkəsində rahat mənzil almaq, çoxlarının düşündüyündən daha asan və daha ucuzdur. Təəccüblü deyil ki, Bakıdakı daşınmaz əmlakın qiyməti ölkəmizə gələn turistlərin belə təəccübünə səbəb olur. Müqayisə üçün Bakıya qonşu olan Sumqayıt şəhərində evlər qat-qat daha ucuzdur. Yəni əgər qiymətlərdən danışsaq, bu məlumatlardan çıxış edərək, demək olar ki, həmin Avropa ölkələrində daşınmaz əmlak Bakı ilə müqayisədə daha ucuz olmalıdır. Sözün qısası, əgər sizin xaricdə ev almaq arzunuz varsa, amma bunu etmək üçün maddi vəsaitə sahib deyilsinizsə, onda ipoteka krediti götürə bilərsiniz. Bu asan proses deyil, amma onun gerçəkləşdirilməsi kifayət qədər mümkündür. Əslində hər şey göründüyündən daha sadədir. Bundan əlavə bir çox azərbaycanlılar artıq ölkə xaricində özünə mülk almağa müyəssər olublar və bu bəxtəvərlərin sayı daima gündən günə artır. Əlbəttə xaricdə ev alan imkanlı şəxs və milyonçular ilə adi -gəlirləri ortadan nisbətən yüksək olan vətəndaşlar ilə müqayisə etmək olmaz, birincilər üçün elit təbəqəyə məxsus daşınmaz əmlak almaq və bundan ötrü vəsait sərf etmək heç bir problem törətmir. Amma qeyd edək ki, onların hər ikisi Avropada mənzil almağa olduqca meyllidir və bu istək getdikcə daha da aktivləşir. Bunun əsas səbəbi isə hazırda Avropa İttifaqının yaşadığı iqtisadi böhrandır. Işsizlik artıq, Avropa üzrə orta işsizlik göstəricisi artıq 10%-ə çatmışdır. Amma ayrı-ayrı ölkələrdə vəziyyət daha da pisdir, məsələn Yunanıstanda artıq 23% vətəndaş işsiz qalıb, İspaniyada isə bu rəqəm daha böyük 25%-dir. Bütün bunlar pisdir, digər tərəfdən isə bu amil, əcnəbiləri , o cümlədən Azərbaycanlıları məhz belə ölkələrdə mənzil olmağa ruhlandırır –çünki qiymətlər burda qalxmır, əksinə aşağı düşür. İspaniyada azmərtəbəli yeni tikili binalarda sahəsi 60 kvadrat metr olan təmirli və mebellə təchiz edilmiş mənzili 60 min avroya almaq mümkündür. Əgər qiymət sizə münasib gəlirsə, amma siz yenə də belə bir qiymətə ev almağı özünüzə rəva bilmirsinizsə, onda sizin üçün başqa variantlar da mövcuddur. Xüsusən də sizə sərf edəcək 30 min avroya yaxşı seçim şansları ola bilər. Əgər 30 min avroya Bakıda şəhər qırağında 1-2 otaqlı mənzil almaq mümkündürsə, siz bu pula genişvə hər tərəfli təchiz olunmuş mənzil ala bilərsiniz... çətin seçimdir, elə deyilmi? Əlbəttə bütün bu sözlərin o vaxt əhəmiyyətli var ki, sizin altında yaşayacağınız bir dam var. Əgər sizin bəxtiniz gətiribsə və harada yaşmaq problemi sizə aid deyilsə, onda Avropada daşınmaz əmlak almaq əla pul yatırımı olacaqdır. Amma əgər yatırım etməyə heç nəyiniz yoxdursa, amma ideya özü sizin xoşunuza gəlirsə, onda əcnəbi bankda ipoteka rəsmiləşdirmək imkanınız vardır. Hal-hazırda Avropanı öz cənginə almış İqtisadi böhran əcnəbi müştəriləri banklar üçün əvvəlki dövrlər ilə müqayisədə daha cəlb edici etmişdir. Yəni İspaniya bankında hər hansı bir xarici vətəndaş üçün kredit rəsmiləşdirmək indi daha asan prosesdir. Baxmayaraq ki, tələblər yenə də həmişəki kimi olduqca yüksəkdir. Bundan əlavə kreditlərin qaytarılmaması təhlükəsi böyüdüyündən İspaniya Bankları faiz dərəcələrini artırmışdır. Əgər əvvəllər bu göstərici 2-3% arasında dəyişirdisə, indi Avropa meyarlarıilə nəhəng hesab olunan 6%-lik səviyyəyə gəlib çatmışdır. Amma Azərbaycan banklarının təklifi ilə müqayisədə bu daha sərfəlidir. Əlbəttə ki, Avropada İspaniyadan başqa ölkələr də vardır. Əgər bir mənzilin qiyməti 30 min avroya sizə baha görünürsə və siz daha ucuz mənzil tapmaq istəyirsinizsə, onda diqqətinizi Almaniyaya yönəltməyə dəyər. Bütün birləşmiş Avropa iqtisadiyyatını öz dəmir çiyinləri üzərində saxlayan bu ölkə daşınmaz əmlak inanılmaz dərəcədə ucuzdur. Böyük və mənzərəli şəhərlərdə Avropa meyarları ilə olduqca münasib qiymət hesab olunan 8-10 min avroya yaxşı mənzillər almaq mümkündür. Daha bahalı variantlar da vardır. Əgər sizi Almaniyada daşınmaz əmlak almaq maraqlandırıbsa və siz kreditə mənzil almağa qərar vermisinizsə, banka bu sənədləri təqdim etməli olacaqsınız: gəlirlər haqqında arayış, xarici pasport, alı-satqı müqaviləsi və sizin ödəmə qabiliyyətində olduğunuzu təsdiq edəcək bank hesabından çıxarılış. Düzünə qalsa bu elə də çox deyil. Ilkin ödəniş bu zaman məbləğin 20-30%-ni təşkil edəcək. Digər sözlərlə Almaniyada yaşamaq üçün elə də çox pul lazım deyil. Bundan əlavə qonşu və qardaş Türkiyə variantını da nəzərdən keçirmək olar. Dilini anladığımız və eyni dindən olduğumuz bu ölkədə həmvətənlərimiz daha çox məskən salmağa meyllidir. Türkiyə coğrafi baxımdan da olduqcu əlverişli mövqedə, Avropa və Asiyanın qovşağında yerləşir. Bundan əlavə Türkiyə əla kurort ölkəsidir və yerləşdiyi regionda bu aspektdə, xüsusi ilə də rusiyalı turistlər arasında olduqca populyardır. Çimərlik mövsumuni xüsusi sevən əcnəbilər Türkiyədə özlərinə şəxsi mənzil almağa üstünlük verir, belə ki, onlar bu ölkəni hər il ziyarət etməkdən doymurlar. Burada mənzilin qiyməti 25-30 min avroya bərabərdir. söhbət 2-3 otaqlı, çimərlik sahillərindən çox da uzaqda yerləşməyən gözəl apartamentlərdən gedir. Düzdür ilkin ödənişin bir az çox 30-40% olması sizi qorxuda bilər. Amma ilik faiz dərəcələrinin 8-9% olması hər şeyi kompensasiya edir. Düzdür bu Avropa ittifaqında olduğundan daha yüksəkdir, amma Azərbaycanda olduğundan daha aşağıdır. Həmçinin də qeyd etmək lazımdır ki, xarici ölkələrin vətəndaşları üçün bu göstərici daha yüksək ola bilər. Türkiyədə kredit almağa müraciət etmək üçün bu sənədləri təqdim etmək tələb olunur: gəliri təsdiq edən sənəd, pasportun tərcüməsi və notarial qaydada təsdiq olunmuş sürəti, həmçinin əmək kitabçasının bir nüsxəsi. Azərbaycanda olduğu kimi, Türkiyə bankları da heç bir səbəbə izah gətirmədən, kredit verməkdən imtina edə bilər. Amma hətta yox desələr belə ümidsizliyə qapılmağa dəyməz, Türkiyədə bank çoxdur və seçim şansınız lazım olduğundan da artıqdır.

Antalyada daşınmaz əmlak

news pic.
Antalyada daşınmaz əmlak almaq istəyən azərbaycanlıların sayı artıb Azərbaycan vətəndaşlarının Türkiyənin məhşur turizm bölgəsi olan Antalyada daşınmaz əmlak almaq haqda müraciətləri çoxalıb. Bu barədə sözügedən bölgənin Sənədləşmə və Kadastr İdarəsinin rəisi Davut Güneyin açıqlamasında qeyd olunub. D.Güneyin sözlərinə görə, Türkiyədə əcnəbilərin daşınmaz əmlak almalarını məhdudlaşdıran hüquqi müddəaların ləğvindən sonra xarici vətəndaşların bu istiqamətdə yüksək fəallığı müşahidə olunur. İdarə rəisi bildirib ki, hazırda bölgənin daşınmaz əmlak bazarında ən çox Almaniya, Danimarka və Norveç vətəndaşları fəal olsalar da, digər ölkələrdən olan tələbat da artmaqdadır: “Artıq, Azərbaycan, Ərəb ölkələri, Qazaxıstan və başqa dövlətlərdən də müraciətlərun sayı artmaqdadır. İdarəmiz isə həmin müraciətləri dəyərləndirir və qanun çərçivəsində müsbət həll etməyə çalışır”. A.Zeynalov Gün.Az

Azərbaycandan Türkiyənin daşınmaz əmlak bazarına böyük pullar axır

news pic.
Azərbaycandan Türkiyənin daşınmaz əmlak bazarına böyük pullar axır Qardaş ölkədə ən çox daşınmaz əmlak alanlar sırasında liderlik azərbaycanlılara məxsusdur Xaricdə daşınmaz əmlak alan azərbaycanlıların sayı son araşdırmalara görə daha da artmaqdadır. Əvvəlki kimi isə əsas etibarı ilə soydaşlarımızı Türikiyəyə üz tuturlar. Türkiyədə xaricilərin əmlak almasına icazə veriləndən sonra Türkiyədə əmlak alanlar arasında Azərbaycan vətəndaşları liderlik edirlər. Azərbaycanlılar ən çox Türkiyənin İstanbul,Antalya və Bodrum şəhərlərində əmlak alırlar. Qiymətindən və növündən asılı olaraq alınan əmlaklar fərqlidir. İkinci yeri isə Rusiya vətəndaşları tutur. Türkiyə qanunvericiliyində edilən dəyişikliklər bu prosesi daha da asanlaşdırıb. Xatırladaq ki, Türkiyədə ev alan və burada yaşayan soydaşlarımız adətən qardaş ölkədə kirayə mənzillərdə qalmalı olurdular. Onlar şəxsi mənzilə sahib olmaq arzularını hüquqi məhdudiyyətlər üzündən reallaşdıra bilmirdilər. Çünki Türkiyə qanunvericiliyi digər xarici ölkələr kimi Azərbaycan vətəndaşlarına da burada ev almaq hüququ vermirdi. Ancaq Türkiyə parlamentinin bu günlərdə verdiyi qərar əcnəbilərin, o cümlədən də soydaşlarımızın burada şəxsi mənzil sahibi olmaq arzusunun reallaşmasına imkan verir. Əcnəbilərin mülk əldə etməsinə dair qanun minlərlə xarici vətəndaşa Türkiyədə daşınmaz əmlak almaq imkanı verir. Yerli ekspertler bu qanunun qüvvəyə minməsi ilə Türkiyənin inşaat sektorunun canlanacağını proqnozlaşdırırlar. Əmlak məsələləri üzrə ekspert, «Cemlak» şirkətinin sahibi Camal Mehmethanoğlu bildirir ki, əcnəbilərə Türkiyədə daşınmaz əmlak almaq məhdudiyyətinin aradan qaldırılması ölkənin turizm bölgələrində, eləcə də böyük şəhərlərdə inşa olunmuş minlərlə lüks mənzilin satılmasına imkan verəcək: "Son illərdə Türkiyədə saysız lüks bina və villalar tikilsə də, mənizllərin coxu sahibkarların əlində qalıb. Halbuki Azərbaycan, İran, Səudiyyə Ərəbistanı kimi bir çox ölkələrdən Türkiyənin əmlak sektoruna yatırım qoymaq istəyən minlərlə əcnəbi var. Bu qanunun qüvvəyə minməsi ölkəyə qoyulan xarici sərmayənin artmasına imkan verəcək ki, bu da ölkə iqtisadiyyatını hərəkətə gətirəcək”. Türkiyə Böyük Millət Məclisinin üzvü Əli Halaman isə qeyd edir ki, bu qanun Türkiyənin inşaat sektorunun Avropa bazarları üçün açılmasına təkan verir. Qeyd edək ki, Türkiyənin əcnəbilərə daşınmaz əmlak satışına qoyulmuş məhdudiyyətin götürülməsilə təqribən 20 milyard dollar gəlir götürəcəyi gözlənir. Bu fonda azərbaycanlıların Türkiyədə daha çox daşınmaz əmlak alacağı proqnozlaşdırılır. Türkiyədə belə daşınmaz əmlak alışına sövq edən əsas səbəb isə kommersiya maraqlarıdır. Belə ki, burada alınan daşınmaz əmlakın icarəyə verilməsi gəlirli biznes sayılır. Onu da bildirək ki, Türkiyədə daşınmaz əmlak ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə ucuzlaşıb. Türkiyə ilə yanaşı, digər xarici ölkələrdə daşınmaz əmlakın ucuzlaşmasına valyutaların məzənnələrindəki dəyişikliklər də təsir göstərib. Avro ilə manatın təxminən eyni həddə olması isə azərbaycanlı alıcılar üçün yaxşı imkan yaradıb. Ölkəmizdə isə aparılan araşdırmalar həm də onu göstərir ki, mənzil bazarında müəyyən ucuzlaşmaya baxmayaraq, hələ də burada əvvəlki fəallıq yoxdur. Məhz belə vəziyyətdə, ölkədən fərqli olaraq, xaricdə əmlak almaq istəyən azərbaycanlıların sayı xeyli artıb. Onu da qeyd edək ki, qiymətlərin aşağı düşməsilə yanaşı, bəzi ölkələrin alıcıları cəlb eləmək üçün burdan ev alanlara müxtəlif güzəştlər etməsi də bu məsələdə az rol oynamayıb. Ekspertlərin fikrincə, alıcılar həm xaricdəki ucuzluqdan istifadə edir, həm də dünyadakı böhran şəraitində pullarını etibarlı saxlamaq istəyirlər. Nəticədə xaricdə ev və ya başqa əmlak almaq istəyənlərin sayı xeyli artıb. Lakin əvvəlki kimi əsas diqqət Türkiyəyə yönəlib. Bununla yanaşı, indi xaricdə ev almaq istəyən azərbaycanlılar qiyməti 50 min avroya qədər olan obyektlərə üstünlük verir. Belə evlər ən çox Türkiyə və Şərqi Avropa ölkələrindədir. Hələlik isə dünyadakı maliyyə böhranının davam etməsi, vəsait qıtlığı və bundan sonra proseslərin necə olacağı barədə qeyri-müəyyənlik nəticəsində xaricdə daşınmaz əmlak ucuzlaşmaqda davam edir.

Azərbaycandan Türkiyəyə gedən köç

news pic.
Azərbaycandan Türkiyəyə gedən köç İstanbulda yeni salınan şəhərcikdə ev alanların 90 faizi azərbaycanlılardır Türkiyə mətbuatının yazdığına görə, son bir ildə bu ölkədə daşınmaz əmlak alanlar arasında azərbaycanlılar üstünlük təşkil edir. Hətta arışdırmalar göstərir ki, İstanbulda yeni salınan şəhərcikdə ev alanların 90 faizi azərbaycanlılardır. Xatırladaq ki, son 8 ayda Türkiyədə daşınmaz əmlak alan soydaşlarımız əsasən İstanbul, Antalya, Ankara və Muğlaya üstünlük veriblər. Azərbaycan vətəndaşları Türkiyənin ticarət paytaxtı İstanbulda 164, siyasi paytaxtı Ankarada 22, turizm mərkəzi Antalyada 65 və son dövrün inkişaf edən digər turizm bölgəsi Bodrumun bağlı olduğu Muğla vilayətində 17 daşınmaz əmlak alıblar. Digər 57 Azərbaycan vətəndaşı isə Adana, Afyonkarahisar, Ağrı, Amasya, Aydın, Burdur, Bursa, Dənizli, Əskişəhər, İzmir, Kayseri, Kocaeli, Konya, Mersin, Ordu, Sakarya, Samsun və Trabzon vilayətlərində mülk sahibi olub. Onu da deyək ki, hazırda xarici vətəndaşlar Türkiyədə hər cür daşınmaz əmlak əldə edə bilirlər. Əcnəbi fiziki şəxslər satın aldıqları boş ərazidə həyata keçirəcəyi layihəni iki il içərisində Türkiyənin müvafiq rəsmi dairələrinə təqdim etməlidirlər. Bu ölkənin qanunvericiliyinə əsasən, xarici vətəndaş Türkiyədə ən çox 30 hektarlıq daşınmaz əmlak ala bilər. Xaricilərin hərbi baxımdan qadağan olunmuş bölgələrdə və təhlükəsizlik sahələrində daşınmaz əmlak əldə etməsi və kirayələməsi mümkün deyil. Xarici vətəndaşlar xüsusi mülkiyyətdə olan qəsəbələrin ərazisinin 10 faizi qədər daşınmaz əmlak ala bilər. Xarici vətəndaşların Türkiyədə daşınmaz əmlak alması üçün yaşayış icazəsinə ehtiyac yoxdur. Bəs, görəsən, Azərbaycan vətəndaşlarının Türkiyənin əmlak bazarına marağının artmasına səbəb nədir? Soydaşlarımızın xarici ölkədə daşınmaz əmlaka yatırdığı investisiya gələcəkdə Azərbaycan iqtisadiyyatının tənəzzülünə gətirib çıxara bilərmi? «MBA» Qiymətləndirmə və Konsaltinq Şirkətinin baş direktoru Nüsrət İbrahimov hesab edir ki, son illər təkcə azərbaycanlıların deyil, digər ölkə vətəndaşlarının da Türkiyənin daşınmaz əmlak bazarına marağı artıb. Nüsrət İbrahimov «Həftə içi”nə açıqlamasında deyib ki, bunun ən başlıca səbəbi sözügedən ölkədə əlverişli investisiya mühitinin olması və Türkiyə hökumətinin daşınmaz əmlak əldə etmək istəyən əcnəbilər üçün müəyyən güzəştlər nəzərdə tutmasıdır. Onun sözlərinə görə, son 10 ildə Azərbaycan vətəndaşları xaricdə daşınmaz əmlak, xüsusən də yaşayış təyinatlı daşınmaz əmlak almağa daha meyillidirlər: “Burada iki cür variant var. Bir qismi Azərbaycanda yaşayaraq xarici ölkədə əmlak alanlar, digərləri xaricdə yaşayıb orada daşınmaz mülk almaq istəyənlərdir. Azərbaycanda yaşayanlar Türkiyəyə üstünlük verirlər. Onlar arasında bu ölkədə biznes fəaliyyəti ilə məşğul olanlarla yanaşı, övladları Türkiyədə təhsil alanlar da var. Bundan başqa bəzi həmvətənlərimiz Türkiyənin kurort şəhərlərində daşınmaz əmlak almağa üstünlük verirlər ki, bunun da səbəbi bəllidir. Azərbaycandan kənarda yaşayanlar isə daha çox Rusiyada əmlaka yatırım qoyurlar. Bundan başqa Dubay, İngiltərə, Avropanın müxtəlif ölkələri də diqqət mərkəzindədir. Daha imkanlı adamlar Avropa ölkələrinə üstünlük verirlər». Xaricdə daşınmaz əmlak bazarına yatırımlar sürətlə davam edərsə… Nüsrət İbharimov xüsusilə Türkiyənin İstanbul şəhərinin azərbaycanlılar üçün cəlbedici olmasının səbəblərinə toxunaraq deyib ki, bu məsələdə həm şəhərin gözəlliyi, həm də ticari baxımından inkişaf etməsi əsas rol oynayıb: «Türkiyə eyni zamanda, dil, din, mədəniyyət baxımından da bizə yaxın ölkədir. Yəni, birinci növbədə dil problemi yoxdur. Bundan başqa azərbaycanıların orada işləməsinə, yaşamasına münasibət nisbətən yaxşıdır. Həmçinin qiymətlər çox münasibdir. Ən başlıcası isə istirahət üçün ən münasib yerdir». Hər il Azərbaycan vətəndaşlarının xaricdə daşınmaz əmlak bazarına milyonlarla manat vəsait yatırmasının gələcəkdə ölkə iqtisadiyyatına mənfi təsir göstərib-göstərməyəcəyinə gəlincə, ekspert bildirib ki, prosesin sürətlənməsi müəyyən problemlər yarada bilər: «Düzdür, bununla bağlı hökumət hələlik ciddi tədbir görmür. Məsələn, ölkə qanunvericiliyinə görə, Azərbaycandan yalnız 10 min manat vəsaitin çıxarılmasına icazə verilir. Halbuki ölkədən küllü miqdarda vəsaitin çıxarılması üçün kifayət qədər imkanlar mövcuddur. Yəqin ki, bu gün Azərbaycana neft sənayesindən yüksək məbləğdə gəlir daxil olduğundan məsələ hökuməti narahat etmir. Amma gələcəkdə neftdən daxil olan gəlirlərin azalması fonunda ölkədən investisiya məqsədilə küllü miqdarda vəsaitin çıxarılması iqtisadiyyatda problem yaradacaq. Çünki proses sürətlə davam edərsə, ölkədən çıxan və ölkəyə daxil olan vəsaitlər arasında balans pozulacaq ki, bu da istər-istəməz iqtisadiyyatın tənəzzülünə gətirib çıxaracaq». Əlverişli qiymətlər alıcılıq qabiliyyətini artırıb «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinin rəhbəri Ramil Osmanov isə məsələyə münasibət açıqlayarkən deyib ki, bununla bağlı narahatçılığa əsas görmür. Onun fikrincə, hazırda Azərbaycan vətəndaşları xarici ölkələrdə daşınmaz əmlak bazarına insvestisiya yatırsalar da, bu elə də geniş deyil: «Əslində azərbaycanların xaricdə daşınmaz əmlak bazarına investisiya qoyduğu kimi əcnəbilər də müəyyən mənada bizim bazarla maraqlanırlar. Yəni, hələlik ölkəyə daxil olan vəsaitlərlə ölkədən çıxarılan vəsaitlər arasında təbii balans prinsipləri qorunduğundan ciddi təhlükə yoxdur». Azərbaycanlıların xüsusilə Türkiyənin daşınmaz əmlak bazarına maraq göstərməsinin səbəblərinə gəlincə, ekspert bu məsələni qonşu ölkədə mənzillərin daha əlverişli qiymətlərlə təklif olunması ilə izah edir. Onun sözlərinə görə, Azərbaycanla müqayisədə sözügedən ölkənin əmlak bazarında qiymətlərin ucuz olması alıcıları həmin istiqamətə yönləndirir: «Burada əsas məsələ bazarın ucuz olmasıdır. Çünki bizim ölkəmizlə müqayisədə Türkiyədə daşınmaz əmlak olduqca ucuzdur. Ona görə də, bir qədər imkanı olan azərbaycanlılar daşınmaz əmlaka investiya qoymaq istəklərini məhz Türkiyədə reallaşdırırlar». Sevinc

Xaricdə daşınmaz əmlak: azərbaycanlılarn xəyalları gerçəkləşir

news pic.
Xaricdə, özəlliklə Türkiyədə ev alan azərbaycanlıların sayı artır. Eyni dildən, eyni dindən olduğumuz bu ölkədə həmvətənlərimiz daha çox məskən salmağa meyllidir. Türkiyə coğrafi baxımdan da olduqcu əlverişli mövqedə, Avropa və Asiyanın qovşağında yerləşir. Türkiyənin “Radikal” qəzetinin yazır ki, xarici vətəndaşların Türkiyədə daşınmaz əmlak almasını asanlaşdıran qanun qüvvəyə minəndən sonra bu ölkədə daşınmaz əmlaka yiyələnən əcnəbilərin sayı artıb, onlar arasında Azərbaycan vətəndaşları da var. “Mülkiyyət qanunu”nun 35-ci maddəsinə edilən dəyişiklik keçən ilin mayında qüvvəyə minib. Dəyişikliyin məğzi qarşılıqlı prinsipin aradan qaldırılması idi. Yəni, indiyədək Türkiyədə o vətəndaşlar ev ala bilərdi ki,onların ölkələrində də Türkiyə vətandaşları ev ala bilsin. Artıq bu qayda ləğv olunub. Bu vaxta kimi Türkiyədə 62 ölkənin vətəndaşı ev ala bilərdisə, bu siyahıya 32 ölkə də əlavə edilib. Xaricilərin Türkiyədə əmlak alma prosedurunun asanlaşması, vergilərin azaldılması, məhdudiyyətlərin aradan qaldırılması və s. bu kimi şərtlər bizim investorları ora cəlb edir. Yeni qanunun qüvvəyə mindikdən sonra son 8 ayda 1600-dən çox xarici vətəndaş Türkiyədə daşınmaz əmlaka yiyələnib. Onlardan 330 nəfəri Azərbaycan vətəndaşıdır. Azərbaycanlılar daşınmaz əmlakı əsasən İstanbul, Antalya, Ankara və Muğlada alıblar. Adana, Afyonkarahisar, Ağrı, Amasya, Aydın, Burdur, Bursa, Dənizli, Eskişehir, İzmir, Kayseri, Kocaeli, Konya, Mersin, Ordu, Sakarya, Samsun və Trabzonda da azərbaycanlılar daşınmaz əmlak alır. Soydaşlarımız artıq Türkiyədə bahalı daşınmaz əmlak alışına da maraq göstərir. Məsələn, Türkiyədə 45 milyon dollara başa gələn “Valle Lacus” adlı şəhərcikdə villaların qiyməti 1,5 – 1,8 milyon dollar arasında dəyişir. Şəhərciyin tikinti ortaqlarından biri etiraf edib ki, villaları almaq üçün daha çox müraciəti ərəblər və azərbaycanlılar edir. Ərəblər adətən 150-250 kvadratmetr sahəsi olan 2 və 3 otaqlı rahat mənzillərə maraq göstərir. Azərbaycan və Rusiyadan gələnlər isə daha geniş və çoxotaqlı, rahat və lüks şəraitli evlər almaq istəyir: “Azərbaycandan müraciət edənlər azmərtəbəli binalarda mənzil almaq və ya ayrıca villalara sahib olmaq niyyətindədirlər. Özü də onlar Boğaz mənzərəli evlərə daha çox üstünlük verirlər. Onlar, ərəblərdən fərqli olaraq, ən bahalı evləri əldə etməyə çalışırlar”. Türkiyə bu yolu artıq 80 ildir keçib, amma biz 20 ildir bazardayıq… Deyilənlərə görə, bir sıra qonşu, hətta müəyyən Avropa ölkələri ilə müqayisədə Azərbaycanda mənzillərin qiymətinin daha yüksəkdir. Lakin “MBA LTD” Qiymətləndirmə və Konsaltinq Şirkətinin rəhbəri Nüsrət İbrahimov qeyd edir ki, əslində, Türkiyənin müəyyən hissələrində evlərin heç də Azərbaycandan ucuz olduğunu söyləmək olmaz. Məsələn, İstanbulla Bakıda olan evlərin qiymətini müqayisə etdiyimiz zaman görə bilərik ki, İstanbulda olan evlər daha bahadır. Ancaq Türkiyənin digər regionlarında, bölgələrində evlər ucuzdur. Mən deməzdim ki, İstanbulda evlər Bakı ilə müqayisədə ucuzdur. Sadəcə İstanbuldan kənarda evlərin qiyməti nisbətən ucuzdur”. İstanbul da Bakı kimi biznes şəhəridir. Biznes şəhərlərdə də evlərin qiyməti birmənalı şəkildə həmişə baha olur. Ancaq Türkiyəni Azərbaycanla müqayisə edəndə ümumi demək olar ki, orada evlər bizdən ucuzdur. Çünki Türkiyədə daşınmaz əmlak bazarı, mənzil bazarı uzun müddətdir ki, formalaşıb, qiymətlər də stabilləşib. Bizdə isə tələb-təklif stabilləşməyib, tam formalaşmayıb. Bu səbəbdən də biz belə sıçrayışlı məqamların şahidi oluruq. Ona görə də ölkəmizdə qiymətlərin dinamikasını daha çox MDB ölkələri ilə müqayisə etmək olar. Çünki o ölkələrin paytaxt şəhərləri bizə uyğundur. Ancaq Türkiyə ilə müqayisə etmək bir az düzgün deyil. İbrahimov deyir ki, Türkiyə bu yolu artıq 80 ildir keçib, gəlib. Biz amma 20 ildir ki, bu bazardayıq, bu yolu gələ-gələ təcrübə yığırıq. Ekspert bu qənaətdədir ki, ölkəmizdə bazar doyum halına gələnə kimi belə fərqliliklər müşahidə olunacaq». N. İbrahimov xaricdə daşınmaz əmlaka investisiya yatıran azərbaycanlılar barədə də danışdı: “Hansı ölkəyə investisiya tələb olunursa, o ölkə qapılarını, sərhədlərini açır. Bu gün Avropa ölkələri bu siyasəti yeridir. Çünki onlar böhrandan çıxış yolunu məhz bunda görürlər. Digər imkanlı ölkələr də bu fürsətlərdən istifadə etməyə, yararlanmağa çalışırlar. Bu cür insanlar əllərindəki pulları saxlamaq və riskdən qorumaq üçün daşınmaz əmlak alırlar. Xarici bazarda bazar stabil olduğu üçün onlar xaricə üz tuturlar. Bəzi vətəndaşlarımız övladlarının təhsil aldığı, digərləri artıq biznes əlaqələri qurduqları dövlətlərdə ev alırlar. Burada problemli məsələ yoxdur”. Azərbaycanlı investorlara ölkədə ehtiyac var “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin (ƏBİİB) daşınmaz əmlak üzrə eksperti Rövşən Talıbzadə isə qeyd edir ki, qiymət baxımından müqayisə etsək (istirahət yerləri istisna olmaqla), Bakıdakı eyni şəraitli, eyni kvadratlı əmlakla İstanbulda olan eyni şəraitli, eyni kvadratlı evin qiyməti arasında 20-30% fərq var: ”Bizim investorların orada əmlak sahibi olmasını şərtləndirən səbələrə misal olaraq onlarla bizim aramızda dil fərqinin, bazar riskinin olmaması, yəni qiymətlərin artan templə getməsi və s. bu kimi səbələri göstərmək olar. Amma bizdə bazar mücərrəddir”. «Bizim vətəndaşların xarici ölkələrdə əmlak sahibi olması Azərbaycan üçün nə deməkdir»sualına ekspert belə cavab verdi: “Əslində, ciddi təhlükəli vəziyyət yaranmasa da, yaxşı olardı ki, bizim investorlar öz ölkəmizə investisiya edərdi. Bu gün Azərbaycanda buna böyük ehtiyac var. Sovetsk, Kubinkanın sökülməsi gündəmdə duran məsələlərdir. Bunu təkcə dövlət öz hesabına etməyəcək, həm də investorların hesabına həyata keçiriləcək. İnvestorların ölkəmizdə yatırım etməsi həm şəhərin gözəlləşməsinə, həm də ki, rəqabətliliyin artmasına, qiymətlərin ucuzlaşmasına səbəb olar”. Azərbaycanlılar Avropadakı iqtisadi böhrandan istifadə edir Bizimkilər Avropada da əmlak sahibi olmağa çalışırlar. Bunun əsas səbəbi isə hazırda Avropa Birliyinin yaşadığı iqtisadi böhrandır. Işsizlik artır, Avropa üzrə orta işsizlik göstəricisi artıq 10%-ə çatıb. Amma ayrı-ayrı ölkələrdə vəziyyət daha da pisdir, məsələn, Yunanıstanda artıq 23% işsizlik var, İspaniyada isə bu rəqəm daha böyük 25%-dir. Bütün bunlar və digər amillər əcnəbiləri, o cümlədən azərbaycanlıları məhz belə ölkələrdə mənzil olmağa ruhlandırır – çünki qiymətlər burda qalxmır, əksinə aşağı düşür. İspaniyada azmərtəbəli yeni tikili binalarda sahəsi 60 kvadratmetr olan təmirli və mebellə təchiz edilmiş mənzili 60 min avroya almaq mümkündür. Hazırda Avropanı öz cənginə almış İqtisadi böhran əcnəbi müştəriləri banklar üçün əvvəlki dövrlər ilə müqayisədə daha cəlbedici edib. Yəni İspaniya bankında hər hansı bir xarici vətəndaş üçün kredit rəsmiləşdirmək indi daha asan prosesdir. Baxmayaraq ki, tələblər yenə də həmişəki kimi olduqca yüksəkdir. Bundan əlavə kreditlərin qaytarılmaması təhlükəsi böyüdüyündən İspaniya bankları faiz dərəcələrini artırıblar. “Banker” portalının məlumatına görə, əgər əvvəllər bu göstərici 2-3% arasında dəyişirdisə, indi Avropa meyarları ilə nəhəng hesab olunan 6%-lik səviyyəyə gəlib çatıb. Amma Azərbaycan banklarının təklifi ilə müqayisədə bu daha sərfəlidir. Əlbəttə, Avropada təkcə İspaniya deyil. Əgər bir mənzilin qiyməti 30 min avroya sizə baha görünürsə və siz daha ucuz mənzil tapmaq istəyirsinizsə, onda diqqətinizi Almaniyaya yönəltməyə dəyər. Bütün birləşmiş Avropa iqtisadiyyatını öz dəmir çiyinləri üzərində saxlayan bu ölkə daşınmaz əmlak inanılmaz dərəcədə ucuzdur. Böyük və mənzərəli şəhərlərdə Avropa meyarları ilə olduqca münasib qiymət hesab olunan 8-10 min avroya yaxşı mənzillər almaq mümkündür. Əlbəttə ki, daha bahalı variantlar da vardır.

Türkiyədə daşınmaz əmlak

news pic.
Türkiyədə daşınmaz əmlak Nəyə görə məhz Türkiyədə daşınmaz əmlak? Türkiyə daşınmaz əmlaka investisiya yatırmaq üçün ən cəzbedici istiqamətlər reytinqində yer tutur. Viza əlverişliliyi, investorlara etibar etmə və nisbətən əlverişli qiymətlər Türkiyənin xeyrinə şəhadət edir. Türkiyənin rəsmi mətbuatında 6 yanvar 2006-cı ildə dərc olunmuş 5444 saylı xarici vətəndaşlara daşınmaz əmlakın satışı haqqında yeni qanun alınmış obyektin rəsmiləşdirilməsi prosedurunu asanlaşdırdı. Bundan əlavə, Türkiyə daşınmaz əmlakına ajiotajlı tələbatı formalaşdırmış əsas amillərdən biri Türkiyə iqtisadiyyatındakı müsbət dəyişikliklər, xüsusən də türk lirəsinin uğurla denominasiyası və ölkədə inflyasiyanın nisbi sabitləşməsi oldu. Bu cür əlverişli fonda mənzil inşaatı sürətlə inkişaf etməyə başladı. Türklərin yaxşı tikmə qabiliyyətinin olması hamıya məlumdur. Bununla yanaşı obyektlər vaxtında təhvil verilir və öz alıcısını tapır. Rus vətəndaşları üçün əlverişli viza rejimi hələ ən az beş il, bəlkə də daha çox müddətə sabit qalacaq. Qərb analitiklərinin proqnozlarına əsasən yaxın gələcəkdə türk daşınmaz əmlakına olan qiymətlər 50-100% qədər arta bilər. Hal-hazırda Türkiyənin Avropa İttifaqına qəbul olunmasına dair danışıqlar aparılmaqdadır. Türkiyədə mövcud olan vəziyyət 15 il əvvəl Mayorkadakı vəziyyəti xatırladır. O zamanlar İspaniyada olduqca aşağı qiymətlə mənzil və ya villa almaq olardı. Aİ ilə danışıqlar zamanı isə daşınmaz əmlaka olan qiymətlər inanılmaz dərəcədə artdı. Hazırda İspaniyanın sahillərində münasib qiymətə daşınmaz əmlak tapmaq praktik olaraq mümkün deyil. Müasir Türkiyənin daşınmaz əmlak bazarındakı vəziyyət Avropa İttifaqına qəbul olunmazdan əvvəl İspaniyada olan vəziyyətlə demək olar ki eynidir. Ötən il daşınmaz əmlak qiymətlərinin artımı orta hesabla 35% təşkil etmişdir. Eynilə İspaniyada olduğu kimi, Türkiyədə də bir neçə ildən sonra daşınmaz əmlaka olan qiymətlər bir neçə dəfə artacaq. İndi Türkiyədə daşınmaz əmlak almaq və Aralıq dənizinin günəşi altında ilboyu yaşamaq imkanı qazanmaq üçün ən əlverişli məqamdır. Türk Rivierasının gözəl təbiəti, büllur kimi təmiz göy dəniz, çoxsaylı çimərliklər, qonaqpərvər əhali, ilin 300 günü günəşli olmaqla əla iqlim – bütün bunlar cəmi iki saatlıq uçuş məsafəsindədir. İlin doqquz ayını dənizdə çimə bilərsiniz, qalan 3 ayda da hava çox mülayim keçir. Hal-hazırda Türkiyənin 70-dən çox şəhərində 40 mindən çox daşınmaz əmlak obyekti 183 ölkədən olan xarici vətəndaşlara məxsusdur. Bu il təxminən 5000 əcnəbi alıcı daşınmaz əmlak əldə etmişdir. Türkiyəli mütəxəssislər hesab edir ki, Antalya hava limanının xidmət göstərdiyi rayonlarda (xüsusən Kəmərdə, Belekdə, Alanyada, Sidedə) gələcəkdə rus icmasının sayı 20.000 və daha artıq nəfərə çata bilər. Türkiyədə yaşamaq bir çox Avropa ölkələrində yaşamaqdan əlverişlidir. Daşınmaz əmlakı əldə etmə prosesi asanlığı və etibarlılığı ilə seçilir. Türkiyədə daşınmaz əmlak əldə etmək çox yaxşı kapital qoyuluşu deməkdir.

Azərbaycan vətəndaşları Türkiyədə necə mülk ala bilər?

news pic.
Azərbaycan vətəndaşları Türkiyədə necə mülk ala bilər? Ötən il Türkiyə qanunlarına edilmiş dəyişikliyə əsasən, əcnəbilərə ölkə ərazisində daşınmaz əmlak almağa icazə veriləndən sonra Türkiyənin inşaat sektorunda canlanma müşahidə olunmağa başlayıb. Bu sektora maraq göstərən əcnəbilər arasında keçmiş SSRİ məkanından və ərəb ölkələrindən olan müştərilər də az deyillər. Məhz bu coğrafi bölgədən olan müştərilərə dəstək məqsədilə Ərəb Ölkələri və Türk Respublikaları Əmlak Yatırımcıları Birliyi yaradılıb. Birliyin sədri Abdullah Çiftçinin sözlərinə görə, birliyin yaranma məqsədi ilk növbədə ərəb ölkələri və türkdilli ölkələrin vətəndaşlarının Türkiyədə daşınmaz əmlak sektoruna investisiya qoymalarına kömək etməkdir. Türkiyənin bütün şəhərlərində inşaat şirkətlərinin fəaliyyəti barədə geniş məlumatı olan birlik Türkiyədə mənzil almağı düşünən əcnəbilərə heç bir ödəniş etmədən mütəxəssis məsləhəti verir, mənzilin qeydiyyat sənədlərini və oturma icazəsi alma prosedurunu da izləyirik. “525”ə müsahibəsində Ərəb Ölkələri və Türk Cümhuriyyətləri Daşınmaz Əmlak Yatırımçıları Dərnəyinin sədri Abdullah Çiftçi deyib ki, son bir ildə xaricilər Türkiyədə inşaatı bitmiş binalardan 130 min hazır mənzil alıb. Bundan başqa, inşaatı davam edən binalardan da 10 min mənzil xarici müştərilər tərəfindən alınıb. Azərbaycanlılar Türkiyədə yatırım və yaşamaq məqsədi ilə mənzillər alırlar. Azərbaycan vətəndaşları daha çox Antalya, Bodrum kimi turistik yerlərdən yay tətili üçün bağ evlərinə maraq göstərirlər. Amma yatırım məqsədi olanlar İstanbuldan mənzil alırlar. Biznes yatırımı qoymaq istəyən azərbaycanlılar İstanbuldan otellər alıblar. Azərbaycanlılar Türkiyədən əmlak ala bilərmi? 2012-ci ildə Türkiyədə qanunlara edilmiş dəyişikliklərdən sonra azərbaycanlılar heç bir maneə olmadan Türkiyədən torpaq sahəsi, mənzil ala bilərlər. “Bir millət – iki dövlət” şüarı ilə Azərbaycan və Türkiyə qardaş olduğunu dünyaya elan etdilər. Tanıdığım azərbaycanlılar Türkiyəni ikinci Vətən olaraq görürlər. Türkiyədə daşınmaz əmlak sektoru sürətlə inkişaf edən sektordur. Azərbaycanlılar, investisiya məqsədi ilə xüsusilə İstanbuldan mənzil, otel, iş mərkəzləri ala bilərlər. Çünki İstanbulda daşınmaz əmlak sektoruna investisiya qoymaq çox sərfəlidir. Bir çox Azərbaycan vətəndaşı da İstanbula yatırım qoyur. Türkiyədən mənzil almaq istəyən Azərbaycan vətəndaşı nələrə diqqət etməlidir? Əvvəlcə mənzili nə məqsədlə aldığına baxmalıdır – mənzil investisiya məqsədli, yoxsa yaşamaq məqsədi iləmi alınacaq? İnvestisiya məqsədli mənzil alınacaqsa, inşaatı davam edən layihələrdən mənzil almaq daha sərfəlidir. Çünki layihənin başlanğıcında mənzil alınsa, layihə bitimində ortalama 20 faiz dəyər qazana bilər. Yaşamaq məqsədi ilə mənzil alınırsa, bunun yeni tikilən binalardan olmasını məsləhət görürəm. İstanbulda ən son texnologiya ilə inşa olunmuş binalar var. Bu binaların içində alış-veriş mərkəzi, idman sahələri, uşaq parkları, üzmə hovuzu kimi sosial imkanlar var. Bundan başqa, müasir texnologiya ilə inşa edilmiş binalar zəlzələyə davamlıdır. Yeni binalardan mənzil alınması daha sərfəlidir. Mülk alınacaq şirkətin seçimi də çox əhəmiyyətlidir. Hər ölkədə olduğu kimi, Türkiyədə də hər şirkətdən mənzil alınmaz. Bu səbəblə mənzil alarkən şirkətin keçmiş referanslarını, daha əvvəl tamamlayıb təslim etdiyi mənzillərin layihələrini araşdırmaq lazımdır. Tətil məqsədli, bağ evi alınacaqsa, yenə inşa edən şirkətin nə qədər etibarlılığını yaxşı araşdırmaq lazımdır. – Azərbaycanlılara hansı şəhərlərdə mənzil almağı məsləhət görürsünüz? – Mülk, yay tətili məqsədi ilə bağ evi alınacaqsa, Antalya və qəsəbələri, Bodrum, Kuşadası, Marmaris, Fethiye kimi dəniz kənarı ərazilər seçilməlidir. Türkiyədə ruslar və almanlar daha çox Antalyanı, ingilislər isə Fethiye, Datça, Dalaman kimi bölgələrə üstünlük verirlər. Küveyt və Səudiyyə Ərəbistanından olan müştərilər isə daha çox İstanbulu tərcih edirlər. Azərbaycanlılar da Türkiyədə yatırım və yaşamaq məqsədi ilə mənzillər alırlar. Azərbaycan vətəndaşları daha çox Antalya, Bodrum kimi turistik yerlərdən yay tətili üçün bağ evlərinə maraq göstərirlər. Amma yatırım məqsədi olanlar İstanbuldan mənzil alırlar. Biznes yatırımı qoymaq istəyən azərbaycanlılar İstanbuldan otellər alıblar. Yaşamaq məqsədi ilə mənzillərə baxarkən İstanbul, İzmir, Ankara, Bursa kimi şəhərlərə üstünlük verilə bilər. Bursada Uludağ xizək mərkəzi var. Bursa, eyni zamanda Osmanlı Dövlətinin ilk paytaxtıdır, tarixi bir şəhərdir. “Yaşıl Bursa” kimi də təbliğ olunur. Həm dənizkənarı, həm xizək mərkəzi olmaqla yanaşı, təbii müalicə obyektlərinin də olduğu bir şəhərdir. Yalovada da termal obyektlər və dəniz var. Ankara paytaxt, İzmir tarixi liman və ticarət şəhəri, İstanbul isə bütün dünyanın bəyəndiyi bir şəhərdir. Xaricilərə Türkiyədə mülk almaq hüququ verildikdən sonra dünyanın hər ölkəsindən İstanbuldan mənzil alışı artıb. Xüsusilə ərəb ölkələrindən İstanbula sıx maraq var. – Türkiyədə dəniz qumundan binaların inşa edildiyi xəbərlərdə keçdi. Azərbaycanlı müştərilər belə mənzillərlə aldadılmamaları üçün nə etməlidirlər? – Bu xəbər tamamilə əsassızdır. Türk inşaat sektoru bütün dünyada bilinən hörmətli bir sektordur. İnşaat texnologiyaları çox inkişaf edib. Bundan başqa, dövlət tərəfindən nəzarət var. Ancaq azərbaycanlıların bir narahatlığı olarsa, bizim Birliyə müraciət edə bilərlər. Biz dərnək olaraq azərbaycanlılara pulsuz məsləhət xidməti veririk. – Türkiyədən mənzil alan azərbaycanlıların buradakı oturum məsələləri necə həll olunur? – Yeni çıxan bir qanuna görə Türkiyədən mənzil alan azərbaycanlılar bir il müddətinə oturum ala bilər, mənzillərini satmadıqları müddətdə oturma icazəsini hər il uzada bilərlər. Yəni, əslində, Türkiyədə mənzili olan Azərbaycan vətəndaşları hökumətin icazəsi ilə müddətsiz oturum izni ala bilərlər. – Türkiyədən mənzil almaq istəyən Azərbaycan vətəndaşı hansı prosedurlardan keçməlidir? – Torpaq sahəsi alınıbsa, fərdi şəxslər və şirkətlər, aldıqları torpaq üzərində layihə həyata keçirə biləcəklər. Ancaq bu layihə 2 il ərzində müvafiq nazirliyin təsdiqinə təqdim ediləcək. Ev alqı-satqısı zamanı Tapu Müdürlüyünə (Daşınmaz Əmlakın Dövlət Qeydiyyatı Müdürlüyü) müraciət edilməlidir. Bunun üçün bu sənədlər təqdim edilməlidir; * Şəxsiyyət vəsiqəsi və pasport; * Oturum izninə tabe olanların Emniyyet Müdürlüyündən alacaqları rəsmi sənəd; * Etibarnamə istifadə edənlərin etibarnamə əsli və notarius tərcüməsi. * Ev alış-veriş əməliyyatlarında xərclər; Bir Azərbaycan vətəndaşının qarşılaşacağı xərclər isə belədir; * Alqı-satqı vergisi; * Dövriyyə ödənişi; * Pasport tərcüməsi; * Eskiz ödənişi. Alınan mənzilin tapusunu (qeydiyyat sənədini) alma əməliyyatı üçün İstanbul xaricindəki şəhərlərdə müddət bir neçə gündür. İstanbulda isə Hərbi Təhlükəsizlik araşdırması səbəbiylə prosedur 45 gün çəkə bilər. Ancaq 2013-cü ilin sonunda İstanbulda da müddət bir neçə günə düşəcək. – Azərbaycanlı böyük sərmayəçilərə necə bir xidmət verirsiniz? – Azərbaycanlı sərmayəçiləri türk əmlak inkişafı ilə məşğul olan işadamları ilə görüşdürə bilərik. Onlar ortaq layihələr edə bilərlər. Birlik olaraq sərmayəçiləri, türk şirkətləri ilə məsləhətləşmələr masasında görüşdürə bilərik. Olar böyük iş mərkəzləri, alış-veriş mərkəzləri və Otel kimi layihələrə investisiya qoya bilərlər. Azərbaycanlı sərmayəçiləri dövlət rəsmil

Türkiyədə ev alan xaricilərə viza müjdəsi

news pic.
Türkiyədə ev alan xaricilərə viza müjdəsi Türkiyə höküməti ölkəsinə gələn xarici vətədaşların viza rejimini sadələşdirir. Belə ki, bundan sonra Türkiyədə ev alan xarici vətəndaşlara bir illik viza veriləcək. Türkiyədən daşınmaz əmlak alan xarici ölkə vətəndaşları, o cümlədən, soydaşlarımız rahat şəkildə oturum izni alacaqlar. 183 ölkəyə tətbiq olunacaq qanunda indiyə qədər 90 günlük viza rejimi mülk alanlara 1 illik veriləcək. Turkiyədə ən çox ev alan ölkə vətəndaşları arasında körfəz ölkələri, Rusiya ve Azərbaycan ön sıralardadır. İndiyə qədər ev alan xarici vətəndaşlar Turkiyə vətəndaşlarının adına aldıqları mülklərini də bu qanunla artıq öz adlarına keçirə biləcək. Türkiyədə çox sayda Azərbaycan vətəndaşının evi var. Bu mülklər əsasən Antalya, Bodrum və İstanbuldadır. Yeni qanunla bir çox türk inşaat firmaları, digər ölkə vətəndaşları ilə yanaşı, soydaşlarımıza da nəğd və kredit şərtləri ilə ev və torpaq sata biləcəklər.

Türkiyədə ən çox ev alan azərbaycanlılardır

news pic.
Türkiyədə ən çox ev alan azərbaycanlılardır . Qlobal maliyyə böhranının gətirdiyi fəsadları aradan qaldırmaq üçün Türkiyənin atdığı addımlardan biri xaricilərin ölkə ərazisində daşınmaz əmlak alışına qoyulan bütün qadağaların aradan qaldırılması ilə bağlı oldu. Elə bundan sonra Türkiyədə əmlak alan əcnəbilərin, o cümlədən azərbaycanlıların sayı artmağa başladı.ÿÖzü də Türkiyədə azərbaycanlılar təkcə mənzil və ofislər almır. Belə ki, Türkiyədə 2B kateqoriyalı ərazilərin satışının başlanması ilə bu ərazilərin sıx olduğu Göktürkdə canlanma nəzərə çarpır. Türkiyə mediası yazır ki, ərəb ölkələri ilə yanaşı, Rusiya və Azərbaycandan olan sərmayəçilər də 2B torpaqlarını almağa başlayıb. Meşə xüsusiyyətini itirmiş 2B ərazilərinin sənədli və sənədsiz olmaqla iki hissəyə ayrıldığını deyən əmlak eksperti Yetiş Kanal xarici sərmayəçilərin hər hansı bir problemlə qarşılaşmaq istəmədiyini bildirib: Xatırladaq ki, ötən il də azərbaycanlılar Türkiyədə daşınmaz əmlak alışına görə ilk sıralarda qərarlaşıblar. Belə ki, Azərbaycan vətəndaşları 2013-cü ildə Türkiyədə 911 ədəd daşınmaz əmlak satın alıblar. Azərbaycanlılar bu sayla xaricilər arasında beşinci yeri tutur. Belə ki, ötən il Türkiyədə ruslar 3 min 322 ədəd, almanlar 2 min 637 ədəd, ingilislər 2 min 455 ədəd, norveçlilər 1256 ədəd, azərbaycanlılar 911 ədəd, isveçlilər 811 ədəd, səudiyyəlilər 773 ədəd, iraqlılar 770 ədəd, küveytlilər 725 ədəd, Birləşmiş Ərəb Əmirliyinin vətəndaşları 250 ədəd mülk alıb. Ekspertlərin fikrincə də, ölkə vətəndaşlarının qonşu Türkiyəyə daşınmaz əmlak üçün üz tutmasının əsas səbəblərindən biri onun daha yaxın olması və bu ölkədə, Azərbaycan da daxil olmaqla, bir neçə dövlətə qarşı qoyulmuş qadağanın aradan qaldırılmasıdır. Iqtisadçı ekspert Samir Əliyev isə azərbaycanlıların Türkiyədə ev almasını, bu ölkədə xüsusi mülkiyyətə verilən zəmanətlə əlaqələndirir: “Bu məsələdə ilk növbədə biznes maraqları dayanır. Bizdə xeyli şirkətlər var ki, Türkiyədə şəbəkələri, tərəfdaş şirkətləri var. Ona görə də bəzi adamlar burdakı biznesin Türkiyədə davam etdirmək üçün, ora köçür. Çünki, qanunlar, biznesin inkişafı, həm də təhlükəsizlik baxımından Türkiyədəki vəziyyət bizim ölkəmizlə müqayisədə daha normaldı. Ancaq, onu da qeyd etmək lazımdır ki, Türkiyədə əmlak alanlar daha çox məmurlar və biznesmenlərdi. Sadə vətəndaşların əmlakı minimal həddədi. Ancaq, bu ölkədə azərbaycanlıların daha çox əmlak alması, xüsusi mülkiyyətə təminatla bağlıdır. Yəni, bu ölkəyə etimad, etibar çoxdur”. Akif

Türkiyədə ev alanlar vətəndaşlıq da əldə edəcəklər.

news pic.
Qardaş ölkədə daşınmaz əmlakın satışını stimullaşdırmaq üçün yeni prosesə start verilir/ Daşınmaz əmlak sektorunu canlandırmaq üçün qardaş Türkiyədə növbəti mühüm addımın atılmasına hazırlıq görülür. Burada bəzi xarici ölkələrdə xeyli müddətdir tətbiq edilən və səmərəsi heç əd az olmayan daha bir təcrübənin tətbiqi gündəmdədir. Söhbət Türkiyədə əmlak alan əcnəbilərə bu ölkə vətəndaşlığının verilməsindən gedir. Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bildirib ki, bu ölkədə əmlaka sahib olan xarici vətəndaşlar Türkiyə vətəndaşlığı ala bilərlər. Nazirin sözlərinə görə, hal-hazırda müvafiq qərarın layihəsi üzərində iş başlayıb: "Bizim bayrağımız olan əmlak hüququ şəhadətnaməsinə malik olan hər kəs bizim vətəndaşımızdır. Biz bu məsələ üzrə ciddi iş aparırıq. Hələlik bütün detallar aydınlaşdırılmayıb, amma biz burada əmlak alan hər kəsə vətəndaşlıq təqdim edəcəyik”. Zeybekçi qeyd edib ki, Nazirlər Şurası bu barədə artıq məlumatlandırılıb, amma bu qərarın qüvvəyə minməsi zaman alacaq. Bütün bunlar heç şübhəsiz ki, Türkiyədə mənzil alan xaricilərin sayını artıracaq. Bəzi ekspertlər hesab edir ki, bu sırada iş fəaliyyəti Türkiyədə olan və uzun müddət ərzində burada qalmağ məcbur olan azərbaycanıllar da yer alacaq. Digər tərəfdən onsuz da indiyə qədər soydaşlırımız Türkiyədə ev alanlar arasında həmişə ilk yerlərdə qərarlaşıb. 2014-cü ildə Türkiyədə mənzil alan azərbaycanlıların sayı 2 min nəfərdən artıq olub. Bu il ərzində isə təxminən üç min nəfər Azərbaycan vətəndaşının Türkiyədə mənzil sahibi olacağı proqnozlaşdırılır. Ümumiyyətlə, son illər azərbaycanlılar tərəfindən Türkiyənin iri və kurort şəhərlərində mənzillərə və daşınmaz əmlaka marağın artması müşahidə edilir. Bu, Türkiyə parlamentinin Mülkiyyət Qanununa etdiyi dəyişiklikdən sonra baş verib. Məlum dəyişikliyə əsasən, xarici ölkə vətəndaşları yalınız şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Türkiyənin istənilən. Yerində mənzil almaq olar. Onu da bildirək ki, Türkiyədə mənzil alanlar şəhərindən və yerləşdiyi ərazidən asılı olaraq iki kateqoriyaya bölünür. Birinci kateqoriyada, xüsusilə kurort şəhərlərində mənzil alanlar yer alır. Bura Bodrum, Kəmər və Antalya başda olmaqla bahalı mənzillər alanlar daxildir. İkinci kateqoriya isə, daha çox, say etibarilə nisbətən orta qiymətə üstünlük verənlərdir. Statistika göstərir ki, Türkiyədə ev alan azərbaycanlılar daha çox 100-150 min dollara mənzil sahibi olmağa üstünlük verir. Qeyd edək ki, xaricdə ev almağa üstünlük verən azərbaycanlılar Türkiyədən başqa Mərkəzi və Şərqi Avropa ölkələrində də mülk sahibi olmağa üstünlük verir. Vətəndaşlarımız bu ölkələr arasında daha çox Çexiya Respublikasına üz tutur. Ekspertlər azərbaycanlıların xaricdə daşınmaz əmlak sahibi olması hallarının hələ bundan sonra da artan xətt üzrə gedəcəyini proqnozlaşdırır. Onu da bildirək ki, Azərbaycan vətəndaşları üç səbəbdən xaricdə ev alır. Birinci səbəb istirahət üçün. Bura əsasən Türkiyə, Bolqarıstan, Gürcüstan aiddir. İkinci səbəb kapitalın yerləşdirilməsidir. Bura Türkiyə, eyni zamanda Böyük Britaniya, Almaniya, Çexiya və sair ölkələr daxildir. Üçüncü səbəb həmin ölkədə preferensiyaların alınmasıdır. Məsələn, Macarıstanda və Portuqaliyada müəyyən məbləğə ev alanda daimi yaşayış yeri statusu verilir. Bu da vətəndaşın Şengen zonasına birbaşa çıxışı deməkdir. Maltada isə qanunla müəyyən edilmiş həddə mənzil alan şəxs ümumiyyətlə vətəndaşlıq ala bilər. Artıq bu təcrübəni Türkiyə də tətbiq etməyə başlayır. Bu vaxta qədər isə Türkiyədə əcnəbilər üçün daşınmaz əmlak almaq məhdudiyyətinin aradan qaldırılması ölkənin turizm bölgələrində, eləcə də böyük şəhərlərdə inşa olunmuş minlərlə lüks mənzilin satılmasına imkan verib. Azərbaycan, İran, Səudiyyə Ərəbistanı kimi bir çox ölkələrdən Türkiyənin əmlak sektoruna yatırım qoymaq istəyənlərin sayı bir neçə dəfə artıb. Ekspertlərin fikrincə, alıcılar həm xaricdəki ucuzluqdan istifadə edir, həm də dünyada müxtəlif valyutaların kursunun oynaması şəraitində pullarını etibarlı saxlamaq istəyirlər.

Azərbaycanlılar pulunu Türkiyədə ev bazarına yönəldir.

news pic.
Cari ilin sentyabr ayında Türkiyədə xaricilərə ev satışına görə Azərbaycan vətəndaşları ilk onluqda qərarlaşıb. "Report"un Türkiyə Statistika İdarəsinə istinadən verdiyi xəbərə görə, xaricilərə ev satışında Azərbaycan ölkələrin sıralamasında 56 evlə 9-cu yeri tutub. Statistikaya əsasən, yanvar-sentyabr ayları ərzində ev satışı üzrə isə Azərbaycan 568 evlə 7-cı yerdə olub. Cari ilin sentyabr ayında Türkiyədə xaricilərə ev satışı əvvəlki ilin eyni ayına nisbətən azalaraq 1 768 ədəd olub. Sentyabr ayında İraq vətəndaşları Türkiyədən 359 ev satın almaqla ilk sırada qərarlaşıb. İraqı 204 evlə Səudiyyə Ərəbistan, 160 evlə Küveyt, 115 evlə Rusiya və 109 evlə İngiltərə əvəzləyib. Xaricilərə ev satışında ilk yeri 561 ev satışı ilə İstanbul tutub. İstanbulu 440 evlə Antalya, 126 evlə Yalova 112 evlə Bursa, 105 evlə Trabzon,85 evlə Muğla əvəzləyib. Sentyabr ayında İstanbulda keçən ilin müvbafiq ayıan nisbətən ev satışı 3% artraq 546-dan 561-ə yüksəlib. Bu ilin yanvar-sentyabr ayları ərzində isə Türkiyədə 16 min 192 ev xaricilərə satılıb. Keçən ilin eyni dövründə bu göstərici 13 min 611 olub. yanvar-sentyabr aylarında İstanbulda xaricilərə ev satışı illik 26% 3 990 -dan 5 033-ə yüksəlib. Nəticədə İstanbul uzun illər sonra xaricilərə ev satışında birinci olan Antalyayı geridə qoyub.

Türkiyədə mənzil alanlar udur

news pic.
Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB), Mənzil Qiymətləri İndeksi göstəricilərini açıqlayıb. Fins.az “Marja”-ya istinadən xəbər verir ki, İndeks Avqustda İyul ayı ilə müqayisədə 0,86 faiz artımla 192,39-a çatıb. Keçən ilin eyni ayı ilə müqayisədə 18,23 faiz artan İndeks, həmin dövrdə real olaraq isə 10,35 faiz yüksəlib. Türkiyədə mənzillərin 1 kvadrat metrinin orta qiyməti isə, 2014-ün Avqust ayındakı 1448,15 lirədən, bu ilin Avqust ayında 1689,09 lirəyə çıxıb. Avqustda İstanbul, Ankara və İzmirdə iymətlər müvafiq olaraq 0,49 faiz, 1,17 faiz və 1,29 faiz artıb. Qiymətlə əvvəlki ilin eyni ayı ilə müqayisədə İstanbulda 24,58 faizAnkarada 12,26 faiz və İzmirdə 17,78 faiz yüksəlib. AZƏRBAYCANLILAR PULUNU TÜRKİYƏDƏ ƏMLAKA YATIRIR 2015-ci ilin yanvar-avqust aylarında Türkiyədə əcnəbilərə satılan mənzillərin sayı barədə məlumat açıqlanıb. Bu ilin 8 ayı ərzində Türkiyədə Azərbaycan vətəndaşlarına 512 mənzil, o cümlədən avqust ayında 54 mənzil satılıb. Azərbaycanlılar Türkiyədə ən çox mənzil alan əcnəbilər arasında 7-ci yerdədir. Türkiyədə əcnəbilər tərəfindən ən çox mənzil İstanbul, Antaliya və Bursada alınır.

Azərbaycanlılar 1 il ərzində Türkiyədə 645 mənzil alıb

news pic.
Oktyabr ayı ərzində azərbaycanlılar qonşu ölkədə 77 mənzil sahibi olub. 2015-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan vətəndaşları Türkiyədən 645 mənzil alıb. ANS PRESS-in məlumatına görə, təkcə oktyabr ayı ərzində azərbaycanlılar qonşu ölkədə 77 mənzil sahibi olub. Ümumilikdə isə sentyabr ayında həmvətənlərimiz qonşu ölkələrdən 56, avqustda isə 54 mənzil alıblar.

Türkiyənin məşhur kurort şəhərləri - Antalya, Bodrum, İzmir və Alanya (Gazipaşa Beynəlxalq Hava Limanı) şəhərlərinə uçuşlara başlayır.

news pic.
Bakı – “Azərbaycan Hava Yolları” (AZAL) Türkiyənin məşhur kurort şəhərləri - Antalya, Bodrum, İzmir və Dalamana yeni uçuş proqramı barədə elan edir. Həmçinin, aviaşirkət bu il yeni istiqamətə - Alanya (Gazipaşa Beynəlxalq Hava Limanı) şəhərinə uçuşlara başlayır. Bakı-Bodrum-Bakı reysləri 17 iyun tarixindən başlayaraq hər gün həyata keçiriləcək. Bu istiqamətdə aviabiletin qiyməti 149 avrodan başlayacaq. Bakı-İzmir-Bakı reysləri 15 iyun tarixindən etibarən həftədə üç dəfə - bazar ertəsi, çərşənbə və şənbə günləri həyata keçiriləcək. Bu marşrut üzrə aviabiletin qiyməti də 149 avrodan başlayır. Bakı-Dalaman-Bakı reysləri 1 iyul tarixindən etibarən həftədə iki dəfə - bazar ertəsi və cümə günləri həyata keçiriləcək. Aviabiletin qiyməti - 149 avro. Yeni cədvələ əsasən, Bakı-Antalya-Bakı marşrutu üzrə birbaşa uçuşlar mayın 21-dən sentyabrın 27-ə kimi hər gün, aprelin 2-dən mayın 14-ə kimi və oktyabrın 15-dən etibarən həftədə bir gün olmaqla şənbə günləri həyata keçiriləcək. Yüksək tələbat olduğu halda reyslərin sayı həftədə 14-dək artırıla bilər. Bakı-Antalya-Bakı marşrutu üzrə aviabiletin qiyməti 139 avrodan başlayır. Bakı-Alanya-Bakı yeni birbaşa marşrut üzrə uçuşlar iyulun 4-də başlayacaq və həftədə üç dəfə - bazar ertəsi, çərşənbə və cümə günləri həyata keçiriləcək. Bakı-Alanya-Bakı marşrutu üzrə aviabiletin qiyməti 139 avrodan başlayacaq. Uçuşlar biznes və ekonom salonlu komfortlu Airbus A319/A320 və Boeing 757 laynerləri ilə həyata keçiriləcək. Türkiyə kurortları həmişə Azərbaycan vətəndaşlarını əlverişli qiymətə təmtəraqlı istirahət imkanı ilə cəlb etmişdir. Türkiyə kurortlarının əsas xüsusiyyəti çox sayda müxtəlif səviyyədə hər istəyə uyğun - ailə, gənclər və ya sakit istirahət üçün otellərin olmasıdır. Onların bir çoxu "hər şey daxil" (all inclusive) sistemi təklif edir. Aralıq və Egey dənizlərinin sahillərində isti cənub iqlimi və mənzərəli yerlər bütün dünyadan bu cənnət guşəsinə turistləri cəlb edir.

Alanya - dost Türkiyənin cənub kurort vəTürk Rivierasının ənsürətlə inkişaf edən kiçik rayonlarından biridir. Alanya, onun rayonları və ətrafı Aralıq dənizinin sahili və Toros dağının ətəyi boyunca uzanır. Məhz bu buradakı unikal mikro iqlimi yaradır və onun nəticəsində ekvator iqlimin vəhşi təbiətində yetışən meyvələrin burada da yetişməsinə imkan verir. Yalnız Alanya uzun üzgüçülük mövsümü ilə (noyabr aprel) və isti qışı ilə məşhurdur. Alanya, onun rayonları və qonşu şəhərləri sahil boyunca uzanildığı üçün demək olar ki, bütün kompleksləri gözəl çimərlikləri ilə mışhurdur,  daşınmaz emlak sahibləri isə möhtəşəm dəniz və dağlarin görünüşündən zövg alırlar

Bu dilbər kurort sakinlərə və qonaqlara zəngin infrastruktur təklif edir: mənzərəli liman ilə gözəl şəhər parkları,  sevimli kafe və rahat restoranlar: Türk, Avropa və Asiya mətbəxi ilə, bazar, kiçik  mağazalar və tanınmış ticarət mərkəzləri, gecə clubları, akvapark, uşaq lunopark, və məşhur Səlcuq qalası. Ayrıca qeyd etmək lazımdır ki "Damlataş" mağarasının müalicəvi xassələri var. Burada çox insan öz şəfasını tapır, xüsusilə tənəffüs xəstəlikləri, əsasəndə astmadan  zərər çəkmiş insanlar.

Dinamik inkişaf, tikintinin yüksək standartları və yerli əhalinin xoşməramlılığı - Avropa ölkələri, Rusiya və MDB-dən daşınmaz əmlak alıcıları üçün uğurlu imkan yaradir.

Side – açiq səma altında muzey-şəhərdir, Antalya hava limanından 60 km., yarımadada yerləşir.

Bu zəngin tarixli şəhər, hazırkı ilə sozsüzki çox bağlıdır: dolama küçələr, rəngarəng pərakəndə mağazalar, bazar, buxur şərq kokular, qədim antik şəhərin abidələri. Bütün bunlar isə öz növbəsində bütün dünyadan bir çox qonaqları cəlb edir, bu da daşınmaz əmlak sahəsini çox əlverişli edir. Sidedə mülkiyyət sahibi olaraq, özünüzə gözəl istirahət, qumlu çimərliklər  və tarixi abidələr araşdırmaq inkanı  yaradırsiz. Şəhər və ətraf ərazinin inkişaf etmiş infrastrukturu ilə burada  hər kəs ürəyi istəyən əyləncəni tapa bilər.

Bələk - Türkiyənin ən lüks kurortlardan biridir. Bələk öz golf meydançaları və çarpıcı ağ qum çimərlikləri ilə məşhurdur. Bu nisbətən yeni kurort olduğu üçün burada yalnız ən yüksək dərəcəli otel və mənzil kompleksləri inşa edilmişdir. Bələk dünyanın  varlı insanlarını  özünün  il boyu əla iqlim şəraiti, şam meşələri, infrastruktur və golf meydançaları ilə  cəlb edir. Bu da  Bələkə əmlakını investisiya üçün cəlbedici. Bələkə əmlakı  əsasən yüksək səviyyədə inşa edilmiş aşağı mərtəbəli yaşayış kompleksləri  və villalarla təmsil olunur . Köprülü Kanyonun (Köprülü Kanyon) mükəmməl yaxınlığı təbiət  ilə harmoniyada yaşamaq sevən insanları biganə goymur . Bələk - təbiətvə sivilizasiyanınbir-birinitamamlayanbiryerdir.

Bu şəhər Türkiyənin Aralıq dənizi bölgəsinin paytaxtıdır. Hal-hazırdabirmilyondanartıqəhalisi var. Antalya ilk türkiyənin ilk turizmşəhəridirkiRusiyadanvə MDB-dəndaşınmazəmlakalıcılarınıgəbuledir . Bu müasirşəhərtarixiabidələriləzəngindir. Şəhərinsakinlərivəqonaqlarıhəmdənizkənarıkurortdanhəmdəmeqapolisyaşayışındanyararlanmaqimkanınamalikdirlər.  Il boyuböyükticarətmerkezlerivəkiçikmağazalar, çoxsaylıkafevərestoranlar, spa-mərkəzlər, bazar, park, muzey, kinoteatr, idmanəyləncələrivəgenişekskursiyaproqramıxidmətlərindənistifadəedəbilərsiniz. Antalyanındaşınmazəmlakbazarındahərkəsöznəzərindətutduğu ideal mənzilvəya villa seçəbilər!

Turistlər arasında məşhur olan  Kəmər şəhəri Antalyanın  hava limanında 43 kilometr cənub-qərbdə, Toros dağlarını və Aralıq dənizi arasında yerləşir.  Kəmər kiçik bir balıqçı kəndi idi, lakin bu gün Türkiyə  Rivierasının  tanınmış kurortudur. Kəmər – limanı ilə, narın  qum və çınqıl çimərlikləri, şəfaf  təmiz dənizi və inkişaf etmiş infrastrukturu ilə  insanları  şam ağaclarının  qoxusu  ilə dolu təmiz dağ havası ilə cəlb edir. Rusların Türkiyədə daşınmaz əmlaka  sərmayə qoyduğu kurort şəhərlərindən birincisi – Kəmər şəhəridir.  Rayonda dövlət əhmyəlti qoruğlar çox olduğuna görı, burada 3 mərtəbədən yuxarı binaların tikintisinə icazə verilmir və bu da, təbii ki, daşınmaz əmlakın qiymətinə təsir göstərir.  Fərdi villalarda yaşayışı üstün tutanlar üçün  Kəmər şəhəri ideal yerdir. 

  • Türkiyədə mənzillərin satışı
  • Türkiyədə villaların satışı
  • Türkiyıdə pentxauslar
  • Türkiyədə torpaq
  • İnşaatçıdan daşınmaz əmlak
  • İnvestisiya əmlakı
  • Kommersiya əmlakı
  • Tikinti şirkəti
  • Türkiyədə daşınmaz əmlakın sığortası
  • Daşınmaz əmlakın alışından sonra servis

Əsas səhifə ‌  Haqqımızda  ‌ Satılık ‌  İcarə ‌  Xidmətlər ‌  Məlumat  ‌  Xəbər ‌